/ / Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans başa çatıb
Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans başa çatıb
09.03.2024 [19:46]
Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans martın 9-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransın sonuncu sessiyası “Cinslərə görə islamafobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət” mövzusuna həsr olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Britaniya Müsəlman Şurasının baş katibi Zara Mohammed bu ölkədə yaşayan müsəlmanların islamofobiyaya məruz qaldıqlarını, bu mənfi tendensiyalara qarşı birləşmək və müqavimət göstərmək lazım olduğunu qeyd edib.
İndoneziya Universitetinin professoru Zora Arfina çıxışında bu gün İslamla bağlı damğaların xüsusi diqqət çəkməsinin danılmaz fakt olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hazırda məkan amili islamofobiyanın təhlilində mühüm məsələyə çevrilib. Burada kənar və daxili islamofobiya amilləri var. Daxili islamofobiya özlüyündə də müəyyən tənqidlərə məruz qalır.
Z. Arfina Qərb mediasında bu məsələnin fərqli şəkildə qələmə verildiyini, insanların barbar və ya digər sözlərlə təsvir edildiyini, müsəlman qadınların zorakılığa məruz qaldıqları barədə məlumatların yayıldığını qeyd edib.
İndoneziyanın “Nahdlatul Ulama” Cəmiyyətinin İdarə Heyətinin üzvü Umniati İsmail təmsil etdiyi ölkədə alimlər birliyi, elm adamları tərəfindən İslam dini ilə bağlı yeni fikirlərin formalaşmaqda olduğunu qeyd edib. “Əlbəttə, burada alimlərin və cəmiyyətlərin üzərinə düşən vəzifələr var. Əvvəla, inkişaf etmək üçün tolerantlıq prinsinplərinə əsaslanmaq lazımdır. İslam vahidliyə çağırış edən bir dindir və bu da cəmiyyətləri, birlikləri dərindən başa düşməyə kömək edir”, - deyə o qeyd edib.
Böyük Britaniyanın Montfort Universitetinin siyasət üzrə baş müəllimi Amina Easat Daas Qərb ölkələrində müsəlman qadınların zorakılığa məruz qalanlar, kişiləri isə barbar kimi qələmə verildiyini vurğulayıb. Fransız müstəmləkə kontekstində müsəlman qadınların qarşılaşdıqları çətinliklərdən danışan Amina Easat Daas onların zorakı təhdidlərə məruz qaldıqlarını bildirib. O deyib: “Məktəblərdə qadınların hicab geyinməsi qadağan edilmişdi. Qadınlar hicab geyindikləri üçün cəriməyə məruz qalırdılar. Sonradan müsəlman qadınların xilas edilməsi, onların geyimi ilə bağlı qanunlar qəbul edildi. Bu, azadlıq deyildi, qadınlara başqaları tərəfindən nəyinsə diktə edilməsi idi. Ümumiyyətlə, feminizm və müstəmləkəçilik Fransa siyasətinin əsasını təşkil edirdi. Müsəlman qadınlara nəzarətin vacibliyi qeyd olunurdu”.
Ərəbşünaslıq və islamşünaslıq üzrə professor, İnsan Hüquqları İnstitutunda elmi işçisi Susana Mangana çıxışında İslam dünyasındakı mənfi tendensiyaları aradan qaldırmaq üçün çalışmaq lazım olduğunu söyləyib. O diqqətə çatdırıb ki, mediada, cəmiyyətdə ikili standartların azaldılması üçün birlikdə mübarizə aparmaq lazımdır.
“İslama, müsəlman qadınlara qarşı mənfi fikirlər müəyyən dairələr tərəfindən ortaya atılır”, - deyən Susana Mangana əlavə edib ki, mediada müsəlman qadınların yanlış təqdimatı təəssüf doğurur. “Biz həmin düşüncəni, təəssüratları dəyişmək üçün mübarizə aparmalıyıq. Həmin stereotipləri məhdudlaşdırmasaq, müsəlman qadınlar məzlum kimi tanınacaq”, - deyə o vurğulayıb.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışında ayrı-seçkiliyi insan hüquqlarının pozulması kimi qiymətləndirib. Deyib ki, bu, milyonlarla insana təsir edir.
Müsəlman qadınların hüquqlarının pozulmasının islamofobiya konteksində artdığını bildirən A.Səfixanlı burada xüsusilə Fransanın nümunə çəkilməli olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bir sıra Avropa ölkələrində dini libasların geyinilməsi də qadağan olub. Müsəlman qadınlar bu istiqamətdə həm siyasi, həm sosial baxımından, eləcə də media tərəfdən təzyiqə məruz qalırlar. Bu da onların azadlıqlarının kəskin şəkildə məhdudlaşdırılmasıdır. “İslamın Qərb dəyərlərinə zidd olduğu deyilir. Əslində isə bu cür münasibət ,müxtəlifliyə məhəl qoyulmaması zorakılığa yol açan amillərdir. Müsəlman qadınlara, xüsusilə hicab geyinən qadınlara qarşı ayrı- seçkiliyə iş yerlərində və cəmiyyətin digər sahələrində də yol verilir. Bu da müsəlman qadınların təhsil haqlarının məhdudlaşdırılması ilə nəticələnir.
Əksər qadınlar üçün bu cür ayrı-seçkilik maskalanır və gender bərabərliyinin təşviqi donu geyindirilir. Müsəlman qadınlar bunu təkzib edir və öz fikirlərini ifadə etmək, müqəddəratlarını özləri həll etmək istəyirlər”, - deyən Aparat rəhbəri vurğulayıb ki, müasir Avropada qərəz din, gender, eyni zamanda, qeyri-qanuni digər əməllər əsasında qurulub. Amma bu zərbəni ən çox müsəlman qadınlar alırlar.
A.Səfixanlı qeyd edib ki, beynəlxalq silahlı münaqişələrdə qadınlar 4-cü Cenevrə Konvensiyası tərəfindən qorunur. Bu cür vəziyyətlərdə qadınlar bütün hüquq və imtiyazlardan istifadə etməlidirlər. Bu zaman qadınlar həyata hörmət, fiziki və mənəvi bütövlük, təqib, əsir götürülmə kimi məsələlərdə istisna kimi çıxış edirlər. Təəssüf ki, müsəlman qadınlara gəldikdə bu cür öhdəliklər tətbiq olunmur.
Sonda Birgə Kommunike qəbul edilib.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

