Səmanın hakimləri...
14.02.2024 [11:25]
Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
Yeganə BAYRAMOVA
İnkişaf etmiş bütün dünya ölkələrinin ordu tərkibində Hərbi Hava Qüvvələri (HHQ) mühüm əhəmiyyətə malikdir. HHQ böyük əhəmiyyət kəsb edən xüsusi bir qoşun növüdür. Bu baxımdan dünya ordularını döyüşdə misilsiz önəm daşıyan Hərbi Hava Qüvvələrsiz təsəvvür etmək mümkün deyil. Bu qoşun növü müharibədə üstünlük qazanmaq, döyüşlərdə dönüş yaratmaq, düşmənə qalib gəlmək üçün əvəzsiz bir qüvvədir.
Hərbi Hava Qüvvələrinin əsas vəzifəsi ölkənin hava məkanını düşmən hücumlarından qorumaqdır. Yeganə qoşun növüdür ki, onun şəxsi heyəti həm dinc, həm də müharibə dövründə döyüş tapşırığını yerinə yetirir. Gecə-gündüz ölkənin səmasına ayıq-sayıq keşik çəkir.
Hər zaman zəfərləri ilə fəxr etdiyimiz Şanlı Ordumuzun da tərkibində səmamızı düşmənlərdən ayıq-sayıq qoruyan Hərbi Hava Qüvvələri var. Bu qoşun növündə xidmət edən zabit və əsgərlərimiz həm Birinci və İkinci Qarabağ müharibəsində, həm də Aprel döyüşlərində böyük qəhrəmanlıqlar göstəriblər. Onlar əməliyyatlar zamanı dəqiq atəş zərbələri ilə erməni işğalçılarının havadakı və yerdəki hədəflərini məhv ediblər.
Bu gün Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) yaranmasından 32 il ötür. 1992-ci ildən bu günə kimi Hərbi Hava Qüvvələri böyük inkişaf və şərəfli döyüş yolu keçib. Ötən müddət ərzində bu qoşun növünün yeni hərbi hissə və birləşmələri yaradılıb, ən müasir texnologiya və silahlarla təmin olunub.
Ölkəmizdə hərbi təyyarəçiliyin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbovdur. O, Birinci Dünya müharibəsində böyük qəhrəmanlıq göstərib.
Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin pilotları əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda hazırlanır. Ali təhsillərini başa vurduqdan sonra təyyarəçilərimiz Türkiyədə və başqa ölkələrdə müvafiq ixtisasartırma kurslarında oxuyur və təlimlərdə iştirak edirlər. Daim bilik və bacarıqlarını artırırlar. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbində ilk milli hərbi təyyarəçilərimizin buraxılışı olub.
Yarandığı ilk günlərdən Hərbi Hava Qüvvələrinin yenidən qurulması üçün dövlətimiz tərəfindən mühüm və uğurlu islahatlar keçirilib. İlk addım olaraq ölkə üçün mühüm əhəmiyyət daşıyan bu qurumun strukturu milliləşdirilib. Atəşkəs elan olunduqdan, silahlar susduqdan sonra Azərbaycan Ordusunun başqa strukturlarında olduğu kimi, Hərbi Hava Qüvvələrində də köklü islahatlara start verilib. 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ-nin dirçəldilməsinə, inkişaf etdirilməsinə yönləndirilib. Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində ölkə ərazisindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda bu aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib, köhnə binalar təmir edilib. Aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb.
Birinci Qarabağ müharibəsində olduğu kimi, Aprel döyüşlərində də Hərbi Hava Qüvvələrinin pilotları böyük igidlik və qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Quru qoşunlarının irəliləməsi üçün əlverişli şərait yaratdılar.
Məlum olduğu kimi, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı. Qarabağın, eləcə də başqa bölgələrimizin işğaldan azad olunması ilə yekunlaşan müharibədə Hərbi Hava Qüvvələrinin təyyarəçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında böyük şücaət və qəhrəmanlıq nümunələri göstərdilər.
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəçiləri MDB məkanında ən çox uçuş keçirmiş pilotlar hesab olunur.
Hərbi Hava Qüvvələrində başlanan islahatlar uğurla davam etdirilir. Bu gün ən müasir təyyarə və helikopterlərlə, müasir texnologiya ilə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri Azərbaycan səmasını tam gücü ilə qorumağa hazır və qadirdir.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50

