"Azercell" abunəçilərinin nəzərinə!
12.02.2024 [16:15]
Bəzi abunəçilər son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkət adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında "Azercell" şirkətinin apardığı yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı "Azercell" və yaxud şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər hansı bir əməliyyat aparılmayıb.
Bu barədə şirkətin açıqlamasında deyilir. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir.
Bütün yuxarıda sadalananları nəzərə alaraq, "Azercell" şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:
- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;
- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;
- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;
- Eləcə də, şübhəli məzmunlu internet saytlarından istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s.-dən yararlanmayın;
- gələn SMS, “Whatsapp” mesajlarındakı şübhəli linklərə keçid etməyin;
Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:
- Rəsmi satış kanalı: www.azercellim.com saytı;
- "Azercell Eksklüziv" mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html
Abunəçilər yuxarıdakı linkdən istifadə edərək "Azercell"in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.
Yarana biləcək hər hansı sual ilə bağlı yalnız "Azercell" şirkətinin rəsmi əlaqə vasitələrinə müraciət edin:
- Onlayn Müştəri Xidmətləri https://www.azercell.com/az/;
- Azercell-in rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələri;
- Azercell Telefon Mərkəzi:
- Fakturalı xətt abunəçiləri üçün: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsi
- Fakturasız xətt (SimSim) abunəçiləri üçün: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsi
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

