Qeyri-azad “Azadlıq”
09.02.2024 [18:19]
Fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçirildi. Bəs Azərbaycan cəmiyyəti tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilən seçkilər nə ilə yadda qaldı?
Zəfər seçkisi demokratiya nümunəsi kimi…
Əvvəla, beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycanda azad, şəffaf və demokratik seçkilərin keçirilməsinə şahidlik etdi. İkincisi, seçkilər həm də yüksək seçici fəallığı ilə yadda qaldı. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə ölkə üzrə seçicilərin 76 faizdən çoxu iştirak edib. Prezident seçkilərini minlərlə yerli müşahidəçi ilə yanaşı, xeyli sayda beynəlxalq təşkilat nümayəndələri də izləyib. Belə ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilər seçkilərin azad, şəffaf və demokratik keçirildiyini birmənalı şəkildə vurğulayıblar. Ən mühüm məqam isə bu seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində keçirilməsi idi. Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Xocavənddə, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərimizdə də seçki məntəqələri yaradıldı və vətəndaşlarımız həmin məntəqələrdə səs verdilər. Məhz bu amilə görə xalqımız budəfəki prezident seçkilərində bayram əhvalında, qələbə ovqatında iştirak edərək qalib Liderə bir daha yüksək etimad göstərdilər.
Onlar niyə narahatdır?
Görünür, bu səbəbdəndir ki, müəyyən xarici dairələri ərazi bütövlüyü və suverenliyini təmin etmiş, regiona yönəlik neqativ geosiyasi ssenarilən qarşısını almış qalib və qüdrətli Azərbaycanda keçirilən prezident seçkilərində xalq-Lider birliyinin bir daha öz təsdiqini tapması çox ciddi narahat edir. Ona görə də həm seçki ərəfəsində, həm də səsvermə günü Azərbaycan haqqında yalan və böhtandan ibarət kampaniya apardılar.
Üç sual, bir həqiqət…
Qara piar kampaniyası bu gün də davam edir. Bu məsələdə özlərinin “Azadlıq” radiosu kimi ruporlarından da “səmərəli” istifadə etməyə çalışırlar. Səsvermə günü bu radionun əməkdaşlarının hazırladıqları “reportaj”lar da bunu təsdiqləyir. Sadəcə olaraq, üç məqama nəzər salmaq bu reallığı təsdiqləyir.
Birincisi, seçki məntəqələrinin önündə çoxlu sayda seçicinin olmasına “şübhə” ilə yanaşan “Azadlıq” burada hansısa qaranlıq məqamlar axtarmağa çalışır. Zəfər seçkisində, yəni Azərbaycanın ərazi bütövlüyü şəraitində keçirilən bu seçkidə seçici fəallığının olması necə qanun pozuntusu ola bilər?!
İkincisi, seçki mənəqələrində komissiya üzvlərinə yersiz suallar verib, süni problem axtarışına çıxaraq mübahisə yaradıb onların işinə mane olmaq doğrudurmu?!
Üçüncüsü, sadə insanlara – seçicilərə siyasi suallar verərək onları çaşdırmağa çalışmaq və bunu özlərinin “qələbəsi” kimi təqdim etmək nə dərəcədə sağlam düşüncəyə əsaslanır?!
Təbii ki, onların bu üç sualın hər birini cavabsız qoyacağına şübhə yoxdur. Amma həqiqət birdir: “Azadlıq” azad deyil! Bu qurum sifariş yerinə yetirən rupordur.
Nə axtarırdılar, nə tapdılar?!
Bütün bunların fonunda faktdır ki, antiazərbaycançı mərkəzlər və onların ruporu olan “Azadlıq” radiosu nə qədər canfəşanlıq etsələr də, 7 fevral seçkilərində ciddi qanun pozuntusu tapa bilməyiblər. Ona görə də “Azadlıq” radiosunun, eləcə də ermənipərəst dairələrin əlində alət olan daxilimizdəki radikal qüvvələrin prezident seçkiləri ilə bağlı mövqeyi heç bir fakta əsaslanmır və qərəzlidir.
Əlbəttə ki, onların obyektivlikdən tamamilə uzaq olan yanaşmaları cəmiyyətimizdə heç bir dəstək qazanmır. Çünki Azərbaycan cəmiyyəti kamildir və onun hər hansı uydurma iddialara inandığını gözləmək sadəlövhlük olardı.
Tapşırıq hansı dairələrdən gəlib?
Ümumiyyətlə, “Azadlıq” radiosu hazırladığı verilişlərdə nəinki jurnalistikanın başlıca prinsiplərinə məhəl qoymur, hətta qərəzli və həqiqətə uyğun olmayan informasiyalarla müstəqil siyasət yürüdən dövlətlərin, o cümlədən Azərbaycanın beynəlxalq imicinə xələl yetirməyə çalışır. Və təbii ki, radionun beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş ümumi norma və prinsiplərə uyğun olmayan, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qərəzli fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır.
“Azadlıq” radiosu dəfələrlə bəyan edib ki, guya sərbəst fəaliyyət göstərir və müstəqildir. Amma qeyd etdiyimiz kimi, radio faktiki olaraq müəyyən dairələrin siyasi sifarişlərini yerinə yetirir. Ermənipərəst dairələrin ruporu vəzifəsini icra edən bu radionun belə bir tapşırığı hansı dairələrdən aldığı da hamıya məlumdur.
Bu gün Azərbaycanda sabit, inkişaf edən cəmiyyət kimə lazım deyilsə, müxalifəti maliyyələşdirərək ölkəmizdə dağıdıcı fəaliyyətə kim sövq edirsə, “Azadlıq” da həmin dairələrin maraqlarına xidmət edir.
ABŞ yox, Fransa yox, nə üçün Azərbaycan?!
Əgər belə deyilsə. niyə bu radio Fransada etiraz aksilayalarının iştirakçılarına zor tətbiq edən fransız polisini, yaxud Fransa hökumətini tənqid etmir? Ya da öz haqları uğrunda mübarizə aparan korsikalıların Fransa hökuməti tərəfindən repressiyaya məruz qalmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmır? Eləcə də “Azadlıq” ABŞ-da tez-tez rast gəlinən irqi ayrı-seçkiliyi niyə tənqid obyektinə çevirmir? Cavab aydındır: çünki bu radio öz sahiblərini tənqid etmək iqtidarında deyil. Yəni qeyri-azad “Azadlıq” radiosundan obyektivlik gözləməyə dəyməz.
Ona görə də Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir. Buna görə də bu radionun və onun sahiblərinin ölkəmizdəki prezident seçkiləri ilə bağlı mövqeyi cəmiyyətimiz tərəfindən qəbul olunmur – birmənalı şəkildə rədd edilir.
Yeni TV-nin Analitik Qrupu
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

