Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dənizçilər seçkilərdə iştirak ediblər

Dənizçilər seçkilərdə iştirak ediblər

07.02.2024 [15:01]

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərində üzən dənizçilər növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə hüququndan istifadə edib.

ASCO-dan secki-2024.az saytına verilən məlumata görə, ümumilikdə 84 gəminin 1455 nəfər heyət üzvünün səsverməsi Bakı vaxtı ilə saat 13:00-da 100 faiz təmin olunub. Radioqram və mail vasitəsilə gəmilərdən dənizçilərin səsi ASCO-da yaradılan 44 saylı seçki məntəqəsinə göndərilib və bu səslər məntəqədən 7 saylı Səbail seçki dairəsinə daxil olacaq.

Xatırladaq ki, 84 gəmidən 76-sı Xəzər dənizində, 8-i Qara dəniz və Aralıq dənizi hövzələrində üzən gəmilərdir. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərində üzən dənizçilər növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə hüququndan istifadə edib.

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31