/ / GUAM PA-nın nümayəndə heyətinin rəhbəri: “Yeddi fevral seçkiləri beynəlxalq qurumların diqqət mərkəzindədir”
GUAM PA-nın nümayəndə heyətinin rəhbəri: “Yeddi fevral seçkiləri beynəlxalq qurumların diqqət mərkəzindədir”
20.01.2024 [12:59]
“Fevralın 7-nə təyin edilmiş prezident seçkilərini çoxsaylı yerli və xarici müşahidəçilər, beynəlxalq təşkilatların nümayəndələri müşahidə edəcəklər. Bir sıra təşkilatların seçki müşahidə missiyaları artıq ölkəmizdədirlər. Onlar hazırda təşviqat prosesini müşahidə edirlər. İndi müşahidə aparanlar uzunmüddətli missiyaların təmsilçiləridirlər. Qısamüddətli olan müşahidəçilər isə səsvermə günü ərəfəsində gələcəklər. Bununla müşahidəçilərin sayı daha da çoxalacaq”. Bunu secki-2024.az saytına açıqlamasında deputat, Milli Məclisin GUAM Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev deyib.
O, beynəlxalq müşahidəçilərlə yanaşı, yerli müşahidə missiyalarının da fəaliyyətini yüksək qiymətləndirib: “Milli QHT-lər prezident seçkilərində müşahidəçilik etmək üçün fəallıq göstərirlər. Say çoxluğunu nəzərə alaraq bir neçə koalisiyalar formalaşdırıblar. Müşahidəçiliyə olan belə maraq əlamətdar haldır”.
GUAM PA üzvü əlavə edib ki, Azərbaycanda seçki prosesinin azad və demokratik keçməsi üçün bütün şərtlər mövcuddur. Siyasi sabitlik, yüksək seçki mədəniyyəti, mütərəqqi qanunvericilik, namizədlərin təşviqat aparmaları üçün yaradılmış bərabər imkanlar deyilənləri təsdiqləyir. Bütün bu şərtlər həm də seçici fəallığını stimullaşdırır.
“Seçki prosesinə xüsusi ovqat qazandıran amillərdən biri isə 7 fevral seçkilərinin müstəqilliyimiz dövründə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçirilməsidir. Seçicilər suverenlyiyi tam təmin olunmuş Azərbaycanın sərhədləri daxilində ilk dəfə öz seçki hüququndan istifadə edəcək. Bu, xüsusi əhəmiyyət daşıyır. Fikrimcə, sözügedən amil seçici fəallığına da müsbət mənada təsirini göstərir. 7 fevral seçkiləri yüksək seçici aktivliyi ilə müşaiyət olunacaq” - deyə, deputat bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

