/ / Prezident İlham Əliyev Lənkəranda “Lenk Frut” MMC-nin sitrus bağında yaradılan şəraitlə tanış olub YENİLƏNİB
Prezident İlham Əliyev Lənkəranda “Lenk Frut” MMC-nin sitrus bağında yaradılan şəraitlə tanış olub YENİLƏNİB
16.01.2024 [11:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.
“Lenk Fruit” MMC-nin direktoru Namiq Cəbiyev Prezident İlham Əliyevə yeni sitrus bağı haqqında məlumat verildi. Bildirildi ki, bağın ümumi ərazisi 150 hektardır. Burada əsasən Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilib.
Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda damcı üsulu ilə müasir suvarma şəbəkəsindən istifadə edilir. Bundan başqa, sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub.
Bildirildi ki, hazırda təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. Sitrus əkin sahələrinin məhsuldarlığı hər hektardan 35-40 ton təşkil edəcək ki, bu da yerli növlərlə müqayisədə 2-3 dəfə çoxdur.
Qeyd olundu ki, 2023-2024-cü təsərrüfat ilində 3 min ton məhsul yığılıb və hazırda yığım davam etdirilir. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Gələcəkdə təsərrüfatın daha da genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması üçün hazırlıq işləri aparılır.
Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

