Vətəndaşların seçki hüququ necə təmin ediləcək?
13.01.2024 [11:01]
MSK-da dəyirmi masa keçirilib
Yanvarın 12-də Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib.
MSK sədri Məzahir Pənahov deyib ki, komissiya seçki prosesləri ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir. O, seçki prosesində Ombudsman Aparatı ilə əməkdaşlığın önəmli olduğunu vurğulayıb: “Beynəlxalq təşkilatlar Azərbaycanın seçkilərlə əlaqədar seçicilərin konstitusion hüquqlarının həyata keçirilməsində, seçkilərin təşkilində böyük nailiyyət əldə etdiyini bildirirlər. Ancaq seçki prosesində milyonlarla seçici iştirak edir, minlərlə komissiya üzvü, seçicilər olur. Ona görə də milyonlarla insanın iştirak etdiyi prosesdə bəzi çatışmazlıqlar ola bilər və bu çatışmazlıqların aradan qaldırılmasına ombudsmanın da dəstəyini gözləyirik. Hansısa pozuntu varsa, o hüququn bərpası üçün də ombudsman dərhal müdaxilə etməlidir”.
M.Pənahovun sözlərinə görə, hazırda müşahidəçilərin sayı 20 minə çatıb: “Düşünürəm ki, səsvermə gününə qədər bu rəqəm 50 minə çatacaq”. MSK sədri seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasını əsas şərtlərdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, MSK-nın fəaliyyət istiqamətlərindən biri də müxtəlif qurumlarla maarifləndirmə tədbirlərinin keçirilməsidir. M.Pənahov, Ombudsman Aparatının seçki prosesində iştirakının əhəmiyyətini də qeyd edib: “Seçkilərdə vətəndaşın haqqı pozularsa, ombudsman müdaxilə edə bilər. Çatışmazlıqların aradan qaldırılmasına müvəkkildən dəstək gözləyirik”.
Ombudsman Səbinə Əliyeva isə seçki prosesi ilə bağlı tədbirlər planı hazırladıqlarını və silsilə tədbirlərin keçiriləcəyini nəzərə çatdırıb: “Bu tədbirlər həmin silsilədən ilkdir. Prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir. Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər vacibdir. Eyni zamanda seçki günü Ombudsman Aparatına daxil olam müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları seçki məntəqələrində müşahidələr də aparacaqlar”.
Onun sözlərinə görə, fiziki qüsurlu, əlil, görmə və eşitmə qabiliyyəti məhdud olan vətəndaşların seçki prosesində iştirakını təmin etmək məqsədilə işlər görülür. Ombudsman vurğulayıb ki, hamı bir vətəndaş olaraq seçkilərdə fəal iştirak etməli, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayacaq bu prosesə yaxından qoşulmalıdır. “Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycan vətəndaşlarının hüquqları uzun müddət pozulub. Müharibədən sonra 350-yə yaxın vətəndaşımız mina terrorundan əziyyət çəkib. Özlərini demokratiyanın beşiyi sayan, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi ölkələr buna niyə susurlar?”,-deyən Ombudsman vurğulayıb ki, Azərbaycan tarixi ədaləti bərpa etsə də, vətəndaşları yenə də ədalətsizliklə qarşılaşır, mina terrorunun qurbanına çevrilirlər: “Demokratiya hamı üçün bir olmalıdır. Biz Qələbəmizlə ədaləti bərpa etmişik. Qarabağ və Şərqi Zəngəzurun gəncləri seçki prosesində öz doğma yurdlarında səs verəcəkləri üçün özlərini xoşbəxt hesab edirlər”.
MSK-nın katibi Mikayıl Rəhimli çıxışında diqqətə çatdırıb ki, ölkəmizdə 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi var. Bu seçki məntəqələrinin 26-sı işğaldan azad olunmuş ərazilərdə yerləşir.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı seçki barədə sərəncamın dərc edildiyi gündən başlayaraq Ombudsman Aparatının monitorinqlərə başladığını nəzərə çatdırıb: “İlkin olaraq görüşlər üçün ayrılmış açıq və qapalı yerlərə diqqət yetirilir. Ombudsmanın əsas vəzifəsi seçki ilə bağlı daxil olan müraciətlərin araşdırılmasıdır və bu yöndə müraciətlər operativ qaydada MSK ilə birgə araşdırılır”.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, seçkilərdə əsas məqam səsvermə günü seçki məntəqələrində baş verənlərdir. Məzahir Pənahov çox cüzi hallarda seçki məntəqələrində pozuntulara yol verildiyini və bu pozuntuların ümumi halda seçkinin nəticələrinə 1 faiz belə təsir etmədiyini söyləyib: “Biz bunu hər zaman beynəlxalq təşkilatların nümayəndələrinə də deyirik. Onlar da etiraf edirlər ki, Azərbaycanda lider məsələsində tərəddüd yoxdur. Bu, təşviqat kimi qəbul etmək lazım deyil, mən reallığı deyirəm. Ancaq beynəlxalq təşkilatların nümayəndələri də bu kimi hallara xüsusi diqqət çəkirlər, mikroskopla neqativ halları axtarırlar. Ona görə də seçki prosesində, o cümlədən qarşıdan gələn Zəfər seçkisində həssas davranılmalıdır”.
Tədbir müzakirələrlə davam edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10

