Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli komandanı daşıyan təyyarə qəza enişi edib

Milli komandanı daşıyan təyyarə qəza enişi edib

11.01.2024 [14:51]

Afrika Millətlər Kuboku üçün Kot-d'İvuara yollanan Qambiya millisi uçuş zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Xarici KİV-lər xəbər verir ki, komandanı aparan təyyarədə nasazlıq aşkarlanıb. Təqribən doqquz dəqiqə havada qalan təyyarə aeroporta geri dönərək qəza enişi edib. Bir neçə futbolçunun oksigen çatışmazlığı səbəbindən huşunu itirdiyi bildirilib. Nəticədə uçuş ləğv edilib.

Hadisə ilə bağlı danışan Qambiya millisinin baş məşqçisi Tom Senfyet bunları deyib: "Bu, dəlilik idi. Uçuş daha 30 dəqiqə davam etsəydi, hər kəs öləcəkdi”.

Hazırda Qambiya Futbol Federasiyası milli komandanın Kot-d'İvuara mümkün qədər tez səfər edə bilməsi üçün operativ həll yolu tapmağa çalışır.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31