YAP nümayəndə heyəti ICAPP Media Forumunun 6-cı iclasında iştirak edib
20.11.2023 [17:50]
Noyabrın 17-19-da Koreya Respublikasının paytaxtı Seulda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Media Forumunun 6-cı iclası keçirilib.
16 ölkədən 18 siyasi partiyanın 40-a yaxın nümayəndəsinin və 21 jurnalistin iştirak etdiyi tədbirdə ölkəmizi Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Gənclər Birliyinin üzvü, CBC TV-nin aparıcısı Anastasiya Lavrina və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi, Yeni TV-nin aparıcısı Nurlana Mehdiyeva təmsil ediblər.
İclasda ICAPP-ın baş katibi Kvon He-seoq, ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, ICAPP Media Forumunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, ICAPP Parlamentarilər İttifaqının sədr müavini Kanq Hun-sik, ICAPP Daimi Komitəsinin həmsədri, Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Sayed çıxış ediblər.
Sonra ICAPP Media Forumunun Bürosunun yeni tərkibi müəyyənləşib. YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov da yeni tərkibdə yer alıb.
“Asiya cəmiyyətinin qurulmasında və siyasi demokratikləşmədə medianın rolu” mövzusunda keçirilən plenar sessiyada çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov media və siyasi partiyalar arasında əlaqələrin əhəmiyyətindən danışıb. O, demokratik cəmiyyətdə media və siyasi partiyalar arasında sağlam münasibətin qurulmasında media azadlığı, məsuliyyətli jurnalistika və qərəzsiz mövqe arasında tarazlığın vacibliyini önə çəkib.
Yeni Azərbaycan Partiyasının da mətbuat orqanları ilə sıx əməkdaşlıq etdiyini deyən Şahin İsmayılov partiyanın internet televiziyası və qəzetinin fəaliyyət göstərdiyini qeyd edib. O da vurğulanıb ki, siyasi plüralizmə böyük önəm verən Yeni Azərbaycan Partiyası digər partiyaların da mövqelərinin öz mətbu orqanlarında işıqlandırılmasına şərait yaradır.
YAP Gənclər Birliyinin üzvü, CBC TV-nin aparıcısı Anastasiya Lavrina isə ictimai şüurun formalaşmasında, habelə beynəlxalq münasibətlərdə və ölkələr arasında əlaqələrin inkişafında medianın rolundan bəhs edib. A. Lavrina diqqəti Azərbaycanla Ermənistan arasında 30 ilə yaxın davam edən münaqişəyə, Azərbaycanın öz gücü ilə torpaqlarını işğaldan azad etməsinə və Cənubi Qafqazda yaranan yeni reallıqlara yönəldib. Anastasiya Lavrina həm işğal, həm də postmüharibə dövründə sülhün bərqərar olmasında maraqlı olmayan qüvvələr tərəfindən Azərbaycana qarşı aparılan dezinformasiya siyasətinin regional təhlükəsizlik və sabitliyə mənfi təsir göstərdiyini qeyd edib. Bu kontekstdə dezinformasiya ilə mübarizədə jurnalistikanın dəstəklənməsi və təkmilləşdirilməsinin prioritet məsələlərdən olduğunu deyib.
İclasın sonunda ICAPP Media Forumunun yenilənmiş fəaliyyət qaydaları və müzakirələrin əsas nəticələrini özündə əks etdirən Seul Bəyanatı qəbul olunub.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53

