Ədliyyə naziri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə müraciət ünvanlayıb
15.11.2023 [19:51]
Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin yerli özünüidarəetmə sahəsində əməkdaşlıq etdiyi Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni prezidenti Mark Kulsa müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə Avropa Şurası və onun struktur qurumları, o cümlədən Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli əməkdaşlığa toxunularaq Avropa məkanında yerli demokratiyanın inkişafında Konqresin rolu qeyd edilib. Qurumun Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamlarından və qərəzli münasibətindən dərin təəssüf və kəskin etiraz ifadə olunub.
Bildirilib ki, Konqresin bu addımı onun nüfuzuna və etibarına xələl gətirməklə regionda davam edən sülh səylərinə ciddi ziyan vurur. Qəbul olunan bəyannamədə qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı Azərbaycanın öz ərazilərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin mahiyyəti və konteksti ciddi şəkildə təhrif edilibr və qurumun qərəzli mövqeyi regiona səfər edən BMT missiyasının və Avropa Şurası İnsan hüquqları üzrə komissarının qiymətləndirmələrinə uyğun gəlmir.
Eyni zamanda, birtərəfli şəkildə qəbul edilmiş sənəddə Azərbaycan hökumətinin yerli erməni sakinlərinin ehtiyaclarının tez bir zamanda ödənilməsi, dialoqun davam etdirilməsi və reinteqrasiya ilə bağlı gördüyü tədbirlər barədə heç nə deyilmir.
Ədliyyə naziri Azərbaycan tərəfinin Konqresdən obyektiv yanaşma gözlədiyini, belə bir mötəbər qurumun əsassız manipulyasiya xarakterli ittihamları təkrarlamaqdansa, öz səlahiyyətləri çərçivəsində bu məsələlərə lazımi diqqət yetirəcəyinə ümidvar olduğunu söyləyib. Qurumun yeni prezidentinin Konqresin siyasi məqsədlər üçün istifadə olunmasına imkan verməyəcəyinə inamını ifadə edib.
Müraciətin mətni diplomatik kanallar vasitəsilə göndərilib, həmçinin ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən yeni rəhbərliyə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

