Casus Menendes
15.11.2023 [11:25]
N.BAYRAMLI
Bu yaxınlaradək ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendesin qeyri-qanuni əməlləri haqqında yeni faktlar ortaya çıxır. Onun Misirin xarici agenti kimi fəaliyyət göstərməsinə dair əlbirlik iddiaları ilə bağlı ittiham aktı 2016-cı ildə baş tutmuş seçkidən sonra artan xarici təsirə qarşı prokurorluğun daha geniş mübarizə aparmasına səbəb olub. Bu barədə “USA Today” nəşri Nyu-Cersidən olan senator Bob Menendes və onun həyat yoldaşı Nadine Arslanyana qarşı irəli sürülmüş ittihamlarla bağlı məqalə dərc edib.
ABŞ-nin federal prokurorlarının verdiyi məlumata görə, sövdələşmə Menendesin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib. Belə ki, Misirin avtoritar hökumətini təmsil edən rəsmilər ABŞ-nin silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Robert Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini qeyd ediblər. Bunun müqabilində Nyu-Cersidən olan vasitəçi - Vael “Uill” Hana adlı misirəsilli sahibkar Arslanyana, guya kiçik və ya onun iştirak etməsi tələb olunmayan iş vəd edib. Bu təklif, prokurorluğun cütlüyü və Hananı Nyu-Cersi ştatının baş senatorundan Misir hökumətinin aktiv aləti kimi istifadə etmək üçün sövdələşmələrə dair şokedici ittihamnamədə araşdırılan hekayənin bir hissəsidir.
Oktyabr ayında Nyu-York federal məhkəməsinin binasında baş tutan məhkəmədə xarici agent kimi fəaliyyətdə, həmçinin daha əvvəl rüşvətxorluq və qəsbkarlıqda ittiham olunan cütlük günahsız olduqlarını bildirib. Qeyd edək ki, ittiham aktı ABŞ senatoruna qarşı son vaxtlar irəli sürülən ən ağır cinayət ittihamıdır. İddia edilir ki, Menendes öz vəzifəsini və nüfuzunu şəxsi mənfəəti üçün xarici ölkəyə satıb. İttiham aktında senatorun maliyyə mənfəəti üçün milli təhlükəsizliyi sarsıtdığına dair faktlara ətraflı nəzər salınır.
Xatırladaq ki, onilliklər ərzində Misir ABŞ-nin sadiq müttəfiqi və dünyanın ən qeyri-sabit regionlarından birində Birləşmiş Ştatlardan ən çox yardım alan ölkə olub. ABŞ-nin Misirdə insan haqları ilə bağlı məsələlərdə narahatlığı səbəbindən son illərdə iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib.
Onu da qeyd edək ki, Robert Menendesin başına gələn bütün “macəralar” məhz onun ikinci evliliyindən sonra-erməni əsilli Nadine Arslanyanla birgə yaşayışından sonra baş verib. “Arslanyan” soyadını Menendesə dəyişən Nadine Livan əsilli ermənidir. Bu evlilik Bob Menendesin yalnız şəxsi həyatını deyil, həm karyerasını, həm də bütövlükdə, düşüncələrini dəyişdi. Arslanyanla tanış olduqdan sonra rüşvətə, korrupsiyaya bulaşan, təmsl etdiyi dövlətin mənafeyinə zidd mövqe tutan, hətta rüşvət alaraq siyasi bəyanatlar verən Menendesin, ittihamlarda dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsini qadağasını açıq şəkildə pozduğu qeyd olunub.
Bütün bunlar Menendesə qarşı ilk korrupsiya ittihamı deyil. O, 2015-ci ildə zəngin göz həkimindən 1 milyon dollara yaxın dəyəri olan hədiyyələr, bahalı səyahətlər, həmçinin siyasi kampaniya töhfələri almaqda ittiham edilmişdi.
Xəbər lenti
Hamısına baxDünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13

