Kosmosa gedən yol
14.11.2023 [12:01]
Mikayıl
Bu gün görkəmli alim və hərbi xadim Kərim Kərimovun doğum günüdür.
Görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərib. Bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr edən K.Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəthi tarixinin ayrılmaz hissəsini təşkil edir.
K.Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı.
Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakı şəhərində anadan olub. O, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra SSRİ Artilleriya Akademiyasında ali təhsilini davam etdirib. Akademiyada təhsilini başa vuran Kərim Kərimov Qvardiya Minaatan Hissələrinin Baş İdarəsinə xidmətə göndərilib. O, burada “Katyuşa” tipli minaatan qurğuları və onların mərmilərinin sənayedən qəbul edilməsi işi ilə məşğul olub və bu sahədə səmərəli fəaliyyət göstərib. 1941-1945-ci illər müharibəsindən sonra SSRİ Müdafiə Nazirliyinin aparatında 20 il xidmət edib, orada baş mühəndislikdən Kosmik vasitələr idarəsinin rəisi vəzifəsinə qədər yüksəlib.
Kərim Kərimov SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə saxlanılmaqla, 1965-ci ildə mülki nazirliyə - yeni yaradılmış Ümumi Maşınqayırma Nazirliyinə ezam olunub və burada kosmik raket texnikası üzrə işlərin təşkil edilməsi ilə bilavasitə məşğul olan Üçüncü Baş İdarəyə rəhbərlik edib. O, eyni zamanda, 1966-cı ildə Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edilib. Kərim Kərimov Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri qalmaqla, 1974-cü ildə Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsinə keçirilib. 1991-ci ildə istefaya çıxsa da, Uçuşları İdarəetmə Mərkəzində məsləhətçi kimi çalışaraq, ömrünün sonuna kimi kosmonavtika ilə əlaqəsini kəsməyib. İyirmi beş il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş K.Kərimovun adı SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub.
K.Kərimov, həmçinin elmi fəaliyyətlə məşğul olub, kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr verib. O, hələ 1946-cı ildən ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Alimin elmi-texniki araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılıb və kosmik raketlərdə tətbiq olunub. Keçən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşdirilməsində və süni peyklərin yaradılmasında, Günəş sistemi planetlərinin və Ayın avtomat qurğular və insan tərəfindən öyrənilməsi işinin təşkil edilməsində bir alim və mütəxəssis kimi Kərim Kərimovun böyük xidmətləri olub. Kosmik fəzanın tədqiq edilməsi məqsədilə güclü “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması bilavasitə onun rəhbərliyi ilə həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılıb.
Baykonur kosmodromunun əsası qoyulan gündən K.Kərimov Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində K.Kərimovun da rolu az olmayıb. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunub. O, həyatını raket texnikası ilə bağlayıb, ömrünün sonunadək raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışıb, zehni və fiziki qüvvəsini əsirgəməyib. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə verib. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olub.
İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, 2 dəfə Dövlət Mükafatı alıb. O, müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə də təltif edilib.
Kərim Kərimov 2003-cü il martın 29-da Moskva şəhərində vəfat edib və orada da dəfn olunub.
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58

