Uşaqların dünyasını döndürən karusellər nə vaxt və nə üçün yaranıb?
08.11.2023 [16:17]
M.BAYRAMLI
Karusel kimi dünya da öz ətrafında durmadan, yorulmadan dönür... Amma karusel müəyyən bir müddət sonra dönməni dayandırır. O döndükcə şənlənir, durduqca isə üzülürsən. Dadı damağında qalır lap. Platformaya bərkidilmiş bu oyuncaq atlar sanki, səni sadəcə öz ətrafında yox, bütün dünyanın ətrafında döndürür. İllər iləri əvəz etsə də, onun qonaqları, yəni uşaqlar dəyişməz olaraq qalır. Karusel bizim uşaqlıq illərimizdir, sevincli və qayğısız günlərimizdir. Eynilə. “Məktəb illəri”mahnısında da deyildiyi kimi... Bəs maraqlanmısınız, hər dəfə yanından ötüb keçdiyiniz bu karusellər nə vaxt və nə üçün yaranıb? Sən demə, bu ixtira heç də uşaqlar üçün nəzərdə tutulmayıbmış.
Karusellərə ən çox əyləncə parklarında rast gəlirik. Onların ilk nümunələri sadəcə atlardan ibarət idisə, indi sıralarına müxtəlif heyvanlar, eləcə də təyyarə və avtomobillər də əlavə olunub. Karuselin tarixi 12-ci əsrdə Səlib yürüşləri zamanı başlayıb. Türk və ərəb atlı əsgərlərinin oynadıqları bu oyun avropalıların diqqətini çəkib və onu yaymaq qərarına gəliblər. Belə ki, atlılar dairə ətrafında at çaparaq bir-birinə top atarlarmış. Əslində, məqsəd at çapmağı öyrənmək olub. Zamanla bu oyun italyanca karus, ispanca isə Garusso (Müharibə oyunu) adlanıb. Karusellər 18-ci əsrdə Fransa İnqilabından sonra Fransada geniş yayılıb. Keçmişdə yalnız zadəganların və əsgərlərin mindiyi bəzəkli taxta atlar zamanla xalqın əyləncə vasitəsinə çevrilib. Yarmarkalarda karusellər qurulmağa başlanılıb. 1803-cü ildə isə Cozef Merlin adlı saat ustası Londonda Mexanika Muzeyi üçün karusel tikdirib. Onu nəhəng musiqi alətinə birləşdirib. İlk not çaldıqca karusel də fırlanmağa başlayıb.
Bu gün paytaxtımızın bir çox gəzməli və görməli yerlərində həmin karuselə rast gələ bilərsiniz. Milli Parkda da quraşdırılmnış bu bənzərsiz attraksionun 4 dəqiqəsi 2 AZN-dir. Heç bir uşaq bu sevinci yaşamadan böyüməməlidir. Ona görə də övladlarınıza tez-tez bu sevinci bəxş edin. Buraxın, öz dünyaları ətrafında dönüb dursunlar.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

