Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kitabsevərlər üçün yaxşı fürsət

Kitabsevərlər üçün yaxşı fürsət

08.11.2023 [14:29]

M.BAYRAMLI

“Noyabrın 11-də Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olacaq. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə 11 ölkədən 31 xarici təşkilat iştirak edəcək”.

Bunu Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli yeniazerbaycan.com-a açıqlamasında deyib.

Kitabların qiymətlərinin baha olmasına münasibət bildirən şöbə müdiri qeyd edib ki, sərgidə hər naşirin özünün enidirmi olacaq: “Təbii ki, hər zaman endirimlərin tərəfdarıyıq ki, oxucular çox olsun. Bu sərgi həm də oxucular üçün yaxşı fürsət yaradacaq. Xarici müəlliflərin  də kitablarını endirimli formada ala biləcəklər”.

Qeyd edək ki, sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Eləcə də 2019-cu il üzrə Buker mükafatının (Man Booker Prize for Fiction) laureatı Coxa əl-Harsi (Jokha Alharthi) fəxri qonaq qismində iştirak edəcək. Təşkilat Komitəsi tərəfindən seçilmiş Xalq yazıçısı Afaq Məsud və şair Şəhriyar Del Geranin, habelə Coxa əl-Harsinin iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər təşkil olunacaq. Sərgi noyabrın 15-dək davam edəcək .

Paylaş:
Baxılıb: 983 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31