QHT-lər Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət edib
07.11.2023 [17:02]
Azərbaycan Qeyri-Hökumət Təşkilatları Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
APA-nın xəbərinə görə, müraciətdə deyilir ki, ilk dəfə olaraq Azərbaycan böyük təntənə, ruh yüksəkliyi ilə Zəfər gününü respublikanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd edir.
"Azərbaycan Bayrağının Şuşada, Xankəndində, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni səhifənin açılmasıdır. Biz bu möhtəşəm tarixi günlərin xoş həyəcanı, sevinci, bəxtiyarlığı içərisindəyik.
Siz Azərbaycan xalqını ən böyük arzusuna çatdırmış milli lidersiniz. Nəyi, nə vaxt və necə etmək lazım olduğunu Siz öz əməli fəaliyyətinizlə hər dəfə sübut edirsiniz. Qazanılan nəhəng uğurların hansı əziyyət, zəhmət, fədakarlıq nəticəsində başa gəldiyi göz qarşısındadır. Siz bütün təzyiqlərə, çətinliklərə rəğmən Azərbaycanı sabitlik, inkişaf adası kimi yalnız irəliyə aparırsınız, şöhrətini dünyaya yayırsınız.
20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız Sizə etibar edib.
Bu gün Cənubi Qafqaza yaxın regionları – Yaxın Şərqi, Ukraynanı sonu görünməyən müharibələr bürüyüb, ölkələr onilliklərlə geri düşüb. 2020-ci ildə cəmi 44 günə Siz tarixi Zəfərə imza atdınız, Azərbaycan Ordusu Sizin liderliyinizlə hərbi dərsliklərə düşən döyüş əməliyyatları apardı.
2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri isə cəmi 23 saat 51 dəqiqə sürdü. Ermənistan Ordusunun qalıqları məhv edildi, qanunsuz hərbi rejimin xunta başçıları diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu.
Siz Azərbaycan xəritəsindəki qara ləkəni sildiniz, uydurulmuş Dağlıq Qarabağ regionu keçmişdə qaldı.
Şəhidlərimizin qisası alındı. Övladını, yoldaşını, qardaşını, dostunu, əzizini itirən insanlar üçün bundan böyük təskinlik təsəvvür etmək mümkün deyil.
Azərbaycan xalqının qanını içənlər bu gün onun qarşısında törətdikləri bütün əməllərə görə cavab verir. Halbuki, elə zənn edirdilər ki, istədiklərini edəcəklər, onları mühakimə edən də olmayacaq. Bu gün müharibə cinayətkarları layiq olduqları yerdədir – Azərbaycan həbsxanalarında! Bu da Sizin siyasətinizin daha bir nəticəsidir!
Bu gün bütün Azərbaycanın üzü gülür. Bu gün şəhid övladlarının üzü gülür. Müstəqil Azərbaycan tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Bu, Sizin xidmətiniz, Sizin əsərinizdir, cənab Prezident! Bu, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır!
Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan – Qərbi Azərbaycan torpaqları, doğma yurd yerləri heç vaxt bu qədər yaxın olmayıb. Bu gün hər bir azərbaycanlı həmin yerlərə də dönəcəyi günü gözləyir. Biz Sizin liderliyinizlə Qərbi Azərbaycana da gedəcəyik!
Siz hər bir azərbaycanlının Prezidentisiniz! Biz - vətəndaş cəmiyyətinin üzvləri olaraq, Sizə olan dərin inamı, ümumxalq məhəbbətini hər zaman hər yerdə hiss edirik, görürük!
Xarici ölkələrdə Azərbaycanın adı böyük hörmətlə, iftixarla çəkilir. Ölkəmizə bu yüksək nüfuzu Sizin düşünülmüş siyasətiniz qazandırıb.
Əmin ola bilərsiniz ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bundan sonra daim dövlətinin yanında olacaq, Sizinlə olacaq!
Yolunuz yolumuzdur, cənab Prezident!
Zəfər bayramınız mübarək!" - müraciətdə vurğulanıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

