Birlik, şərəf, qürur və ədalət bayramı
07.11.2023 [12:26]
N. Bayramlı
“Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə yazdığı tarix Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Bu əlamətdar gün dövlətçilik ənənələri qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir.”
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
“Üç il öncə noyabrın 8-də mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin erməni işğalından azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. Torpaqlarımız düşmən tapdağından azad olunmaqla ərazi bütövlüyümüz bərpa edildi. Qisas qiyamətə qalmadı. Azərbaycan 30 il dünyadan Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalət gözləməklə bərabər, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, hüquqi bazanın yaradılmasına nail oldu. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır”.
Müharibədə qələbəmizi şərtləndirən əsas amillərdən birinin Azərbaycan xalqının öz dövləti, Ordusu ətrafında bir yumruq kimi birləşməsinin, həmrəylik göstərməsinin, insanlarımızın yaşından asılı olmayaraq könüllü döyüşə yollanmaq istəyinin, mübarizə əzminin olduğunu qeyd edən deputat bildirib ki, bütün bunlar qələbəmizi daha da yaxınlaşdırırdı.
“Müharibənin ilk günlərindən ordumuzun üstünlüyü ələ alması nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz düşmənin illərlə qurduğu və keçilməz deyilən istehkamlarını yara bildi. Hər bir kənd, şəhər, yaşayış məntəqəsi uğrunda gedən döyüş ayrıca qəhrəmanlıq nümunəsinə çevrildi. Tarixən alınmaz qala kimi vüqarını saxlamış Şuşamızı, eləcə də digər torpaqlarımızı 44 günlük müharibədə torpağa tökülən Vətən oğullarının qanı bahasına aldıq.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Azərbaycan "münaqişənin hərbi həlli yoxdur" tezisinin yanlış olduğunu sübuta yetirdi. 8 noyabr 2020-ci il, ümummilli lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür. Qarabağ münaqişəsinə Silahlı Qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gündür. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi.
Müharibədən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi üçtərəfli Bəyanatı yerinə yetirməkdən imtina edir, müxtəlif hərbi, siyasi təxribatlara əl atırdı. Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca "nəyi, nə zaman və necə" etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı”.
A.Məmmədov bildirib ki, bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı. “2023-cü il sentyabrın 19-da başladılan və cəmi 23 saat 51 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim oldular, separatçı rejimin varlığına son qoyuldu. Oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq qələbə oldu. Bu Qələbə təkcə son 30 ildə deyil, iki əsr ərzində gözlədiyimiz ümidlərimizin gerçəkləşməsi, milli varlığımızın, hər birimizin, gələcək nəsillərin özünütəsdiqi deməkdir. Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur”.
Xəbər lenti
Hamısına baxElm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18

