Zəngilan şəhərinin Baş planının detalları açıqlanıb
06.11.2023 [13:32]
Zəngilan şəhərinin Baş planı aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Zəngilanın Baş planının hazırlanması üçün komitəsi nüfuzlu beynəlxalq şəhərsalma təşkilatı – İsveçrənin “sa_partners” şirkətini və Bakı Dövlət Layihə İnstitutunu əməkdaşlığa cəlb edib.
Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpa olunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf etdiriləcək. Şəhərin beynəlxalq əhəmiyyəti nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun strateji məntəqə rolunu gücləndirəcək, sürətli inkişafına töhfə verəcək. Şəhərin bilavasitə yaxınlığında ən müasir dünya standartlarına uyğun inşa edilərək artıq istismara verilmiş Zəngilan Beynəlxalq Hava Limanı, inşası davam edən magistral dəmir və avtomobil yolları onu əhəmiyyətli regional logistik mərkəzə çevirəcək.
Eyni zamanda şəhər gözəl iqlimi, mənzərəli landşaftı, yaşıl çayətrafı bulvarı və digər ictimai məkanları, habelə “ağıllı şəhər”, “ağıllı mobillik” və “yaşıl enerji” yanaşmaları, zövqlü memarlığı, rahat şəhər mühiti və müasir sosial infrastrukturu sayəsində yüksək həyat keyfiyyəti ilə seçiləcək.
Zəngilan şəhərində yaşayış ərazilərinin və ictimai məkanların uğurlu plan həlli yüksək yaşıllaşdırma göstəricilərinə nail olmağa imkan verir. Belə ki, Baş plana uyğun olaraq şəhər ərazisinin 135,2 ha (40,5%) sahəsini yaşıllıqlar təşkil edir. Şəhərlərdə ümumi istifadədə olan yaşıllıq sahəsinin bir adama düşən norması qanunvericiliklə 8-10 m2 nəzərdə tutulduğu halda, Zəngilan şəhərində bu göstərici 44,7 m2 təşkil edəcək.
Şəhərin Baş Planı ilə ümumi ərazisi – 333 ha, əhali sayı isə – 16000 nəfər olacaq.
Şəhərdə yaradılacaq əsas təhsil, inzibati, səhiyyə və mədəniyyət obyektləri:
- 960 uşağın təhsil alacağı 4 məktəbəqədər təhsil müəssisəsi,
- 2880 şagird yerlik 3 ümumtəhsil müəssisəsi,
- mərkəzi rayon xəstəxanası və ambulator poliklinika,
- inzibati bina,
- mədəniyyət mərkəzi,
- İşğal və Zəfər muzeyləri kompleksi və s.
Şəhərdaxili küçə-yol şəbəkəsinin uzunluğu 29 km, velosiped yollarının uzunluğu isə 14,6 km kimi nəzərdə tutulmuşdur.
Şəhərin memarlıq simasını milli ənənələri özündə qoruyan müasir və minimalist həllər, eləcə də zəngin təbiəti, sağlam və yaşıl mühiti formalaşdıracaq. Binaların inşasında əsasən yerli materiallardan istifadə olunacaq. Fasadlarda təbii daş və boya, taxta elementlərinə üstünlük veriləcək.
Şəhərin Baş planı əsasında ilk mühüm layihələr artıq reallaşdırılmışdır. Bunlar, təbii ki, Zəngilan Beynəlxalq Hava Limanı və 29 sentyabr 2023-cü il tarixində dövlət başçısının da iştirak etdiyi II Milli Şəhərsalma Forumuna ev sahibliyi etmiş Zəngilan Konqres Mərkəzidir.
Eyni zamanda, hazırda şəhərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş bir sıra layihələr sürətlə həyata keçirilməkdədir:
- 630 ailənin yaşayacağı 4 yaşayış məhəlləsi;
- 960 yerlik tam orta məktəb;
- 160 yerlik uşaq bağçası;
- 91 çarpayılıq mərkəzi rayon xəstəxanası;
- inzibati bina;
- İşğal və Zəfər muzeyləri kompleksi.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

