Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səadət Yusifova: Qərbi Azərbaycanda tariximizə aid bir neçə abidə başqa ölkənin abidəsi kimi qeydə alınıb

Səadət Yusifova: Qərbi Azərbaycanda tariximizə aid bir neçə abidə başqa ölkənin abidəsi kimi qeydə alınıb

06.11.2023 [11:18]

Hər bir ölkənin maddi-mədəni irsi onun tarixidir. Keçmiş olmasa, gələcək olmaz. Daim keçmişimizi qorumalıyıq. Çox təəssüflər olsun ki, müasir Ermənistan daim ölkəmizin maddi-mənəvi irsini məhv etməyə çalışır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı kitabın II cildinin təqdimatı zamanı Mədəniyyət nazirinin müavini Səadət Yusifova söyləyib.

O bildirib ki, Qərbi Azərbaycanda Azərbaycan tarixinə məxsus 25 min abidə qeydə alınıb. Onlardan İslam mədəniyyətinə aid olan bir neçəsi Azərbaycanın yox, başqa ölkənin abidəsi kimi qeydə alınıb. Qeyd etmək lazımdır ki, Qərbi Azərbaycanda əsasən İslam mədəniyyətinə xas olan abidələr var.

“Müasir Ermənistan daim soyqırımı və dəhşətlər törədib. Bunu dünyaya çatdırmalıyıq”, - deyə nazir müavini əlavə edib.

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31