Gələn il nə ilə yadda qalacaq?
05.11.2023 [11:15]
Günel ABBASOVA
Noyabrın 2-də “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Büdcə toplantısında deputatlar, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, hökumət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2024-cü ilin dövlət büdcəsi artıq Milli Məclisin müvafiq komitəsində birinci oxunuşda müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olundu: “Gələn ilin büdcəsi bir sıra aspek?ləri ilə xüsusi seçilir. Əvvəla, növbəti ildə dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin həcmində artımlar olacaq. Birbaşa sosial təminat və sosial müdafiə xərcləri 4,5 milyard manatdan çox olacaq. Eləcə də əməyin ödənilməsinə, yeni əmək haqlarının verilməsinə 9 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur. Bütövlükdə, büdcə xərclərinin 45 faizi sosialyönümlü olacaq.
Gələn il sosial təminat xərcləri artacaq
Eyni zamanda, bir sıra digər prioritet istiqamətlər, o cümlədən təhsil və digər istiqamətlərə ayrılan vəsaitin həcmində artım proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin prioritet istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması, eləcə də müdafiə və təhlükəsizliyimizin daha da gücləndirilməsi ilə bağlıdır. Müdafiə və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı 6,5 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsait ayrılacaq. Yəni praktiki olaraq Qarabağ və Şərqi Zəngəzurun, eləcə də müdafiə qabiliyyətimizin gücləndirilməsi ümumi büdcə xərclərinin təxminən üçdə birini təşkil edəcək.
Bu isə ondan xəbər verir ki, bir tərəfdən 2024-cü ildə də təhlükəsizliyimizin daha da gücləndirilməsi prioritet olacaq. Digər tərəfdən isə təbii ki, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma kontekstində biz məskunlaşma prosesinin daha da sürətlənməsini müşahidə edəcəyik. Bir sözlə, 2024-cü ildə daha çox vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıtması və məskunlaşması müşahidə olunacaq. Bu baxımdan növbəti büdcə ili də həm fiziki gəlirlərimizdə dayanıqlığın qorunub saxlanması, həm də sosial təminatın artırılması, müdafiə tədbirlərinin gücləndirilməsi, Qarabağın bərpa və yenidənqurma işlərinin intensivləşməsi ilə yadda qalacaq”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev büdcə ilə bağlı qəzetimizə şərh edərkən bildirib ki, 2023-cü ilin 9 ayında demək olar ki bütün makroiqtisadi göstəricilərdə artım müşahidə olunub, əlavə dəyər istehsal edilib: “Bu tendensiya 2024-cü ildə də davam edəcək. ÜDM-in gələn il ərzində artımı 2.4% proqnozlaşdırılır. İdxal olunan inflyasiya səviyyəsi idarə olunan hala gətirilib və rəqəm olaraq 11.7%-ə enib, ilin sonuna kimi isə 9.5% olacağı gözlənilir. Hər kəsə məlum olduğu kimi, bu istiqamət üzrə bizim hökumətin atdığı addımlar və əldə etdiyi nəticələr bir çox qonşu ölkələrlə müqayisədə daha uğurlu olub. Gələn ilin proqnozlarında inflyasiya səviyyəsinin 5.3% olması gözlənilir.
Görüləsi işlər çoxdur
Cari ildə parlamentin qəbul etdiyi yeni qanunlar və mövcud qanunlara dəyişikliklərin bir çoxu 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək ki, bu da bir çox sahələr üzrə öz müsbət effektini göstərəcək. Əvvəla bir sıra ərzaq məhsulları istehsalında istifadə olunan texnika və avadanlıqların, aralıq məhsulların idxalına vergi və gömrük güzəştlərinin tətbiqi bu sahədə stimulverici effekt yaradacaq. Eyni zamanda, sahibkarlıq fəaliyyəti sahəsində vergi güzəştlərinin tətbiqi, bir sıra sahələrdə əmlak və torpaq vergisi üzrə müddətli azad olunma, turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqinin verilməsi həyata keçiriləcək. Bununla yanaşı sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması (ƏDV-nin qaytarılmasının gəlir vergisindən azad olması, bir sıra maddi yardım və birdəfəlik müavinətin vergidən azad olan hissəsinin 1000 manatdan 2500 manat artırılması) baş verəcək”.
Deputat 2024-cü ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərclərinin bu illə müqayisədə 5.2%, müdafiə və milli təhlükəsizlik xərclərinin 5.5% artırılmasını və “Böyük Qayıdış”ın təmin edilməsi üzrə 4 milyard manat əsaslı xərclərin nəzərdə tutulmasını dəstəkləyib: “Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı bəzi qeydlərimi də bildirmək istəyirəm. Büdcə layihəsindən göründüyü kimi, 1.1 milyard manat vəsait kənd təsərrüfatı üçün nəzərdə tutulub. Bunun 507 milyon manatı su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatının maliyyələşməsinə yönəldilib. Bu olduqca mühüm tədbirdir. Digər mühüm istiqamət ərzaq təhlükəsizliyi məsələsidir ki, bu məqsədlər üçün də 502 milyon manat vəsait nəzərdə tutulub. Ölkəmiz aqrar potensialı yüksək olan ölkədir, əhalinin ərzaq məhsulları ilə təminatının daxili istehsal hesabına ödənilməsi olduqca əhəmiyyətli məsələdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları öz zəngin təbiəti, su ehtiyatları ilə, bərəkətli torpağı ilə bu məsələdə öz töhvəsini verəcək. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin öhdəsinə çox mühüm məsuliyyətlər düşür. Əlbəttə, müəyyən irəliləyişlər var, amma görüləsi işlər daha çoxdur”.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

