“Hizbullah” liderinin çıxışı vəziyyəti dəyişirmi?
05.11.2023 [10:59]
N.BAYRAMLI
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında 75 ildir ki, davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Hətta tərəflər arasında 1993-cü ildə bağlanmış sülh sazişindən sonra Yasir Ərəfat, İshaq Rabin və Şimon Peres Nobel sülh mükafatına layiq görülsələr də, məsələ öz köklü həllini tapmayıb.
Reallıq isə odur ki, oktyabrın 7-dən Qəzza qan gölünə çevrilib. HƏMAS-la yanaşı, “Hizbullah” da İsrailə qarşı barışmaz mövqedədir. Bugünlərdə “Hizbullah” lideri Həsən Nəsrullahın İsrail-Fələstin müharibəsi ilə bağlı çıxışının müharibənin gedişatına təsir edəcəyi barədə ekspertlər tərəfindən fikirlər səsləndilirdi. Məsələn, ərəbdilli KİV-lər “Hizbullah” lideri Həsən Nəsrullahın İsrail-Fələstin müharibəsi ilə bağlı çıxışından sonra təşkilatın mümkün fəaliyyətinə dair müxtəlif versiyalar irəli sürüblər. Misir mediası Həsən Nasrullahın çıxışından sonra üç ssenarinin mümkünlüyü ilə bağlı məlumat yayıb. Bildirilib ki, birinci ssenariyə əsasən təşkilat, İsrailə müharibə elan edə bilər. İkinci ssenari isə budur ki, “Hizbullah” İsrailə qarşı xüsusi əməliyyatların həyata keçirilməsi məqsədilə qüvvələrinin bir qismini səfərbər edir, lakin müharibə elan etmir. Nəşrin məlumatına görə, üçüncü ssenari isə daha dinc xarakter daşıya bilər və bu, İsrail-Livan sərhədində indiki taktiki toqquşmaların davam etdirilməsidir.
Qeyd edək ki, bu, Həsən Nasrullahın sonuncu İsrail-Fələstin gərginliyinin başlamasından sonra ilk çıxışı idi. Çıxışında hərəkat lideri bildirib ki, “Hizbullah” 8 oktyabrdan İsrailə qarşı döyüşlərə qoşulub: “Bəziləri deyir ki, biz müharibə etməliyik, lakin biz artıq müharibə vəziyyətindəyik.
HƏMAS-İsrail silahlı münaqişəsinin başlamasının ikinci günü müharibəyə başladıq”. “HƏMAS-ın İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı bir neçə cəbhədə yayılıb”,-deyən Nəsrullahın sözlərinə görə, “Əl-Əqsa Tufanı” əməliyyatı məxfi şəkildə hazırlanıb və bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalarından da gizlədilib. “Və bizim də bundan xəbərimiz yox idi”, - deyə “Hizbullah” lideri əlavə edib. Həsən Nəsrullah vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatı 100 faiz Fələstinin verdiyi bir qərardır, icrası da 100 faiz Fələstin tərəfindən həyata keçirilib. “Hizbullah” lideri ərəb ölkələrini İsrailə neft ixracını dayandırmağa da çağırıb.
Nasrullahın çıxışından bir gün sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubunda hava hücumu əməliyyatı keçirib. Bununla bağlı yayılan videopaylaşımlarda İsrail ordusunun Livandakı hədəfləri dəqiq raket zərbəsi ilə məhv etdiyi görünür. Bu fakt onu göstərir ki, “Hizbullah” liderinin çıxışı İsrail üçün əhəmiyyətsizdir və onu narahat etmir. Bir sözlə, görünən odur ki, Nəsrullahın çıxışı İsrailin əməliyyatlarına təsir etməyəcək və münaqişədə heç bir dönüş yaratmayacaq.
ABŞ isə hesab edir ki, “Hizbullah” partiyasının yaraqlı qanadının İsrail Müdafiə Qüvvələri ilə döyüşlərə girməsi Livanı ağlasığmaz dağıntılarla üz-üzə qoyacaq. Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib: “Bu münaqişə Livan və İsrail arasında 2006-cı ildəkindən daha qanlı müharibəyə çevrilmə potensialına malikdir. Buna görə də Birləşmiş Ştatlar bu münaqişənin Livana yayılmasını görmək istəməzdi, Livan və onun xalqı üçün mümkün dağıntılar ağlasığmaz olardı”.
Yeri gəlmişkən, Qəzzadakı vəziyyətlə bağlı Ərəb Liqasının vahid mövqeyi ABŞ dövlət katibi Blinkenin Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə Əmmandakı görüşü zamanı təqdim olunacaq. Bu barədə Misir Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Əbu Zeyd məlumat verib. “Heç bir tərəddüd və ya qeyri-müəyyənliyə yol verməyən vahid ərəb mövqeyi Əmmanda keçiriləcək görüşdə ABŞ dövlət katibinin diqqətinə çatdırılacaq”, deyə - Əbu Zeid “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Misir Xarici İşlər Nazirliyinin sözçüsü ərəb dövlətlərinin vahid möveyini açıqlayıb: “İsrailin hücumları dərhal dayandırılmalı, humanitar yardım axınını prioritetləşdirilməli, fələstinlilərin öz torpaqlarından didərgin düşməsinin qarşısını alınmalı və müstəqil Fələsin dövlətini tanımalıdır”. Onun sözlərinə görə, bu amillər nəzərə alınsa, Fələstin problemi həll edilmiş olar.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

