Parlaq Zəfər
04.11.2023 [12:49]
Günel Abbas
“Ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan 200 ildən çox müddəti əhatə edən düşmənçilik siyasəti 1990-cı illərin əvvəllərində ən kəskin formaya keçdi. Sovetlər Birliyinin dağılmasından istifadə edən Ermənistan ölkəmizə qarşı açıq-aşkar ərazi iddiaları ilə elan edilməmiş müharibəyə başladı və 20 faiz torpaqlarımızı işğal etdi. İşğala və soyqırıma məruz qalan Azərbaycan bütün bunlara baxmayaraq yaranmış münaqişənin sülh yolu ilə həllində maraqlı idi. Lakin Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir və davamlı olaraq təxribatlar törətməklə məşğul olurdu. Azərbaycan dövləti hər zaman qeyd edirdi ki, biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsaq da bu o demək deyildir ki, danışıqlar əbədi davam edəcəkdir. Danışıqlar yolu ilə münaqişə öz həllini tapmadğı təqdirdə hərb variantı qaçılmaz olacaq. Ermənistan son illər ərzində davamlı təxribat xarakterli əməlləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur və keçmiş təmas xətti, eyni zamanda, dövlət sərhəddində hərbi təcavüzlər törədirdi.
Ermənistanın növbəti təxribat cəhdlərindən biri də məhz 2020-ci ilin 27 sentyabr tarixində baş verdi. Artıq səbri tükənmiş Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamalı oldu. Hərbi əməliyyatlar cəmi 44 gün davam etdi və bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, torpaqlarımız işğaldan azad edildi, parlaq Zəfər qazanıldı.”
Bu barədə yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının öz ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə yekdil şəkildə dəstək verdiyinin şahidi oldu. “Bu möhtəşəm həmrəylikdən güc alan ordumuz isə düşmənə döyüş meydanında ağır dərs verdi. Azərbaycan Ordusunun gücü qarşısında diz çökən erməni silahlı birləşmələri 44 günlük hərbi əməliyyatlar dövründə dəfələrlə müharibə cinayətlərinə əl ataraq döyüş zonasından 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı qadağan olunmuş silahlarla - ballistik raketlərlə atəşə tutur, dinc əhaliyə qarşı qanlı terror törədir, mülki infrastruktura ciddi ziyan vururdular. Bütün bunlara baxmayaraq Azərbaycan xalqının döyüş əzmi azalmır, əksinə düşmənə qarşı olan qəzəb hissi daha da artır, törədilən bütün qanlı cinayətlərin qisası düşməndən döyüş meydanında alınırdı.
Azərbaycan xalqı öz əzəli torpaqlarını işğaldan azad etməkdə və parlaq qələbə qazanmaqda israrlı idi. Azərbaycan əsgəri düşmənin belini qırır, hər gün yeni ərazilərimizi işğaldan azad edirdi. Düşmən isə qorxub qaçır, canını qurtarmağa çalışırdı.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir ordu quruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevrilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir”.
Deputat həmçinin 44 günlük Vətən müharibənin ilk anlarından mübarizənin informasiya cəbhəsində də uğurla aparıldığına diqqəti çəkib: “İnformasiya müharibəmizə də rəhbərliyi məhz Prezident İlham Əliyev edirdi. Prezidentin xarici mətbuata verdiyi 30-dan çox müsahibə, eyni zamanda xalqa edilən müraciətlər informasiya müharibəsində də ölkəmizin üstünlüyünü təmin etdi. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibə və müraciətlərini böyük maraqla izləyir, yüksək əhval-ruhiyyə ilə Ordumuza dəstək verirdi. Eyni zamanda Azərbaycanın haqq səsini dünyaya çatdırırdı”.
“30 il müddətində torpaqlarımızı işğalda saxlayaraq Azərbaycana qarşı talançılıq, çoxnövlü terror törədən Ermənistana qarşı dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən heç bir təsir göstərilməmiş, əksinə bəzi ölkə və dairələr bu ölkəyə havadarlıq etməyə çalışmışlar. Lakin Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli və xalqımızın milli maraqlarına xidmət edən düşünülmüş siyasəti bu istiqamətdə də öz sözünü demiş, ermənipərəst dairələri öz yerinə oturtmuşdur. Başqa sözlə desək, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan erməni lobbisi, ermənipərəst dairələrə də ciddi zərbə vurmuş, erməni faşizminin başını əzmişdir”.
C. Osmanov bildirib ki, böyük ruh yüksəkliyi və qürur hissləri ilə Zəfər təntənəsini yaşayan xalqımız və dövlətimiz bu zəfəri bizə bəxş edən şəhidlərimizi dərin ehtiramla yad edir, Silahlı Qüvvələrimizə öz dərin təşəkkürünü bildirir. “Dövlətimiz, xüsusilə də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə qarşı yüksək diqqət-qayğı vardır.
Cari il sentyabrın 19-da Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirildi və Azərbaycan öz suverenliyini bərpa etdi. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Vətən müharibəsi günlərində olduğu kimi bu gün də qalib xalqımız öz lideri - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, Böyük Qayıdış strategiyasının həyata keçirilməsi, bir sözlə, daha güclü və qüdrətli Azərbaycan qurmaq naminə böyük əzmkarlıq göstərir. Bu müqəddəs yolda isə qalib xalqımızın öz dahi Sərkərdəsinin ətrafında birliyi əbədi və sarsılmazdır”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

