Düşünülmüş siyasətin nəticəsi
31.10.2023 [09:32]
Günel Abbas
“Oktyarın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev bildirdi ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında tərəfdaşlıq və dostluq əlaqələri yüksələn dinamika ilə inkişaf edir. Ölkələrimiz arasında zəmanətli və etibarlı əməkdaşlığa əsaslan dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək.”
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov bildirib.
1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir, deyə deputat qeyd edib.
“Ölkəmizə etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır. Ölkə başçısı qeyd etdi ki, təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görmək qürurverici və əlamətdar nailiyyətdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləmək planlaşdırılır ki, bu da regionun enerji inkişafında tam bir inqilab olacaq. Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir.
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev onu da xatırlatdı ki, Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. Zəngin yanacaq ehtiyatları olmasında baxmayaraq ölkəmiz yaşıl gündəliyə doğru irəliləyir”,- Osmanov bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanın hökumət strukturları, həmçinin şirkətləri arasında əməkdaşlıq inkişafının yeni mərhələsinə yüksəlib. “Ölkələrimizə məxsus milli neft şirkətləri, enerji şirkətləri ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Ölkə başçısı çıxışında bildirdi ki, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Ümumiyyətlə, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Bunun da nəticəsi olaraq son 30 il ərzində ölkəmizin çoxmilyardlı investisiya portfeli olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. İqtisadiyyatda strateji hədəflərdən bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, hazırda ölkəmizin iqtisadi hədəfi qazıntı yanacağından asılılığı azaltmaq üçün iqtisadiyyatı şaxələndirməyi davam etdirməkdir. Ölkəmiz beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Azərbaycan neft və qazına hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və hazırda Azərbaycan neft və qazı müxtəlif istiqamətlərə ixrac edir. Ölkə başçısı bildirdi ki, növbəti illərdə isə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Bu məqsədlə lazımi potensialı yaratmaq üçün tərəfdaş və dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işlər həyata keçirilir.
Bu gün ölkə iqtisadiyyatının çox sabit olduğunu diqqətə çatdıran ölkə başçısı son 20 il ərzində ümumi daxili məhsulun dörd dəfədən çox artdığını bildirdi. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyədədir. Həmçinin iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsi də indi 5,5 faiz təşkil edir. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsdir. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılmasının tamamilə yeni reallıq yaratdğını, növbəti illərdə də milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramının icra ediləcəyini diqqətə çatdırdı”.
Xəbər lenti
Hamısına baxSosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22

