Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tərtərdə traktorçu minaya düşüb

Tərtərdə traktorçu minaya düşüb

26.10.2023 [09:27]

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. 

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib. 

Araşdırma aparılır.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31