Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası keçirilib
10.10.2023 [17:48]
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.
İclas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətinin oxunması ilə öz işinə başlayıb.
Ölkə başçısının müraciətində post-münaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb.
Müraciətdə, həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun "Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
İƏT-in sədri qismində açılış nitqində nazir Ceyhun Bayramov "Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” mövzusuna əsaslanan sədrliyimiz dövründə tərəfimizdən irəli sürülən təşəbbüslərə göstərilən dəstək və aktiv iştirakçılığa görə təşəkkürünü ifadə edib.
"İƏT Baxışı - 2025" sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, yaşıl enerji kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə dair inamını ifadə edib.
Daha sonra milli səviyyədə çıxış edən nazir Ceyhun Bayramov, İƏT-ə sədrliyimiz dövründə Təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri məmnunluqla qeyd edib.
Bundan sonra da müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğumuz, bu xüsusda Təşkilatın 2 ixtisaslaşdırılmış qurumu İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməyimizin müvafiq sahələr üzrə əməkdaşlığa verdiyimiz töhfənin göstəricisi olduğu bildirilib.
Bölgədə mövcud vəziyyət və post-münaqişə dövrünün reallıqları barədə iştirakçılara məlumat verən nazir Ceyhun Bayramov, ölkəmizin hər zaman regional sülh və təhlükəsizliyə hədə törədən qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini qeyd edib.
Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, bu tədbirlərin nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb. Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dualoqun davam etdirilməsinin bölgədə guya "etnik təmizləmə" aparılması ilə bağlı iddiaların əssassız olduğunu bir daha sübut etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.
Daha sonra iclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflər, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edib.
İclas zamanı, həmçinin özündə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə Azərbaycan və İran arasında yeni dəmiryolunun inşasını nəzərdə tutan 6 oktyabr 2023-cü il tarixli niyyət protokolu və keçirilən təməlqoyma mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik üzrə Şuşa Bəyannaməsi qəbul olunub.
Sonda iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.
Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT baş katibi Xusrav Noziri iclasın yekunları ilə bağlı mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov, İƏT-ə sədrliyimizin ən önəmli tədbiri olan Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın tarixi şəhəri, o cümlədən İƏT-in Turizm Paytaxtı Şuşada keçirilməsinin simvolik əhəmiyyət daşıdığını qeyd edib. İclas çərçivəsində qəbul olunmuş Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inam ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38

