Canilərin həbs edilməsi beynəlxalq hüququn tələbidir
10.10.2023 [12:15]
Canilərin həbs edilməsi beynəlxalq hüququn tələbidir
Azərbaycan Ordusu 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququ təkbaşına icra etdi. 44 günlük müharibədə qazanılan parlaq qələbə ilə son 30 ildə beynəlxalq hüquq və ədalət bərpa olundu. Sentyabrın 19-da Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə və terrorçularına qarşı başlanan və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə proses sona çatdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu‚ son 31 ilin ən əlamətdar hadisəsidir - haqq-ədalət bir daha zəfər çald, xunta çökdürüldü‚ Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri həbs edildilər. Xüsusən, Araik Arutyunyanın həbs edilməsi tarixi ədalətin və beynəlxalq hüququn tələbi və icrasıdır.
Xunta rejimin keçmiş başçısı Araik Arutyunyan və digər separatçılar‚ beynəlxalq qanunlarla ən ağır cinayət hesab edilən hərbi cinayətlər‚ terror əməlləri törədiblər. Və separatçılar Azərbaycan qanunvericiliyi və beynəlxalq qanunlara müvafiq olaraq mühakimə edilərək ən ağır şəkildə cəzalarını alacaqlar.
Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti diplomatiya ilə bərabər hərb meydanında da öz sözünü deməkdədir. İlham Əliyevin uğurlu‚ prinsipial‚ uzaqgörən və praqmatik siyasəti nəticəsində Azərbaycan Ordusu daha da güclənib və hazırda regionun ən güclü ordusudur. Məhz bunun göstəricisidir ki‚ Azərbaycan Ordusu düşmən üzərində son 200 ilin parlaq qələbəsini qazanaraq möhtəşəm bir tarix yazdı.
Araik Arutyunyanın və digər cinayətkarların həbs edilməsi müstəqilik tariximizin qızıl hərflərlə yazılacaq hadisəsidir. Bu hadisə özlüyündə yeni bir tarixin və mərhələnin başlanğıcı‚ Azərbaycanın tarixi qələbəsinin rəmzidir.
Bununla da bütün mənfur düşmən qüvvələrin‚ ermənilərin bütün havadarlarının məkrli oyunları və planları alt-üst oldu, iflasa uğradı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti‚ prinsipial və əzmkar mövqeyi Azərbaycan dövlətinin gücü və qüdrəti‚ ordumuzun qəhrəmanlığı‚ təhlükəsizlik və kəşfiyyat orqanlarının çevikliyi mənfur düşmənin məkrli siyasətini bundan sonra da alt-üst edəcək.
Artıq bütün dünya başa düşməli və Azərbaycana qarşı məkrli planlar quran və anti-kampaniyalar həyata keçirən‚ avantürist qüvvələr anlamalıdır ki‚ bölgənin aparıcı ölkəsi Azərbaycandır‚ hər bir xarici dövlət və hər kəs‚ statusundan və kimliyindən asılı olmayaraq Azərbaycan dövləti ilə bu bölgədə hesablaşmalıdırlar. Fransanın‚ ermənilərin oyuncağına çevrilmiş Avropa Parlamentinin və digər ermənipərəst qüvvələrin bölgədə ermənilərin müdafiəçisi qismində görünüb əslində özlərinin qəsbkarlıq‚ talançılıq və imperialist siyasətini həyata keçirtməyə çalışaraq Azərbaycana qarşı mənfur planlar‚ kampaniyalar həyata keçirməyə çalışması heç bir nəticə verə bilməz və hər zaman iflasa uğrayacaq.
Mirsamir Məmmədov İsrail Təhlükəsizlik
Akademiyasının Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional Nümayəndəliyinin Direktoru
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22

