Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AZAL Tel-Əvivə və əks istiqamətdə bütün uçuşları ləğv edib

AZAL Tel-Əvivə və əks istiqamətdə bütün uçuşları ləğv edib

07.10.2023 [18:39]

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti oktyabrın 8-nə planlaşdırılan Tel-Əvivin Ben Hurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edir.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı məlumat əlavə olaraq təqdim ediləcək.

Təl-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Təl-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30