Dünya ictimaiyyəti səssiz qalır
09.05.2023 [10:35]
Mina terroru can almağa davam edir
Nicat Dilqəmli
Erməni terrorizminin əsas göstəricilərindən biri də bu günə qədər minlərlə insanın həyatına son qoymuş mina terrorudur. 30 ilə yaxın müddəti əhatə edən Qarabağ münaqişəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi ilə başa çatsa da, Ermənistanın ölkəmizə qarşı apardığı terror siyasəti hələ də davam edir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar.
Həm işğal dövründə, həm də sonrakı dövrdə Qarabağda basdırılan minalar, demək olar ki, hər gün günahsız insanların canını alır. Baş Prokurorluğun yaydığı məlumata görə, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub.
Mina terrorunun nəticəsi olaraq bu gün keçmiş məcburi köçkünlərimizin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışı hələ də tam şəkildə reallaşdırıla bilmir. Genişmiqyaslı axtarış, zərərsizləşdirmə işləri isə fasiləsiz olaraq davam etdirilir. Görülən işlər barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır. Dünən Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı yeni bir məlumat yayıb. Qeyd olunur ki, mayın 1-dən 6-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Agentlikdən 356 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyi də diqqətə çatdırılıb.
Mina terrorunun istər yerli, istərsə də xarici mütəxəssislər tərəfindən qəti şəkildə pislənilməsinə baxmayaraq, dünya ictimaiyyəti bu məsələdə susqunluq nümayiş etdirməyə hələ də davam edir. Belə ki, ərazilərimizdə saysız-hesabsız mina yerləşdirən Ermənistana qarşı bu günə qədər hər hansı bir tutarlı bəyanat səsləndirilməyib.
“Minalarla bağlı dəqiq məlumatlar vaxtaşırı olaraq ictimaiyyətə təqdim edilir. Cənab Prezidentimiz bütün beynəlxalq səviyyəli tədbirlərdə rəqəmləri səsləndirərək beynəlxalq qurumlara Ermənistanın həqiqi mina xəritələrinin verməsi barədə çağırışlar edir. Müharibə bitib. Əgər sülh şəraitində mina xəritələrini vermirsə, bu, beynəlxalq hüquqda hərbi cinayət hesab olunur”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov səsləndirib.
Aşkarlanan minaların əsasən postmüharibə dövründə basdırıldığına diqqət çəkən deputat qeyd edib ki, Ermənistan birbaşa müharibə və hərbi cinayət törədən dövlət kimi tanınmalıdır: “İşğal dövründə Ermənistan bütün ərazilərimizi minalayıb. Bu gün Azərbaycan dünyada ərazisi ən çox minalanmış dövlət kimi tanınır. Digər bir tərəfdən, bu gün aşkarlanan minaların böyük bir hissəsi 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra istehsal olunub. Onların da böyük hissəsi Ermənistanda hazırlanan minalardır. Müəyyən hissələri isə müxtəlif xarici ölkələrdən alınıb. Yeni aşkarlanan bu minaların istehsal tarixləri 10 noyabr 2020-ci ildən sonraya aiddir. Bu o deməkdir ki, müharibə başa çatdıqdan sonra Ermənistan dövləti, eyni zamanda, ərazimizdə uzun illərdir kök salmış terrorçu, separatçı, cinayətkar qurumun müvafiq qurumları bizim əraziləri minalamaqda davam edirlər. Günahkar olaraq yalnız Ermənistanı tanımamalıyıq. Onlara bu şəraiti yaradan digər bir tərəf də var. Bu minaların böyük bir hissəsi sülhməramlıların nəzarətində olan ərazilərdir. Deməli, burada müştərək, şərik tərəf də var. Ermənilər bu qədər minanı hansı yolla gətiriblər?! Bu məsələyə də diqqət çəkməliyik”.
E.Məmmədov dəqiq mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana təzyiqlərin edilməsi üçün müvafiq beynəlxalq qurumlara çağırış edib: “Hesab edirəm ki, hər zaman demokratiyadan, insan hüquqlarından danışan beynəlxalq qurumlar, eyni zamanda, Rusiya, Amerika kimi dövlətlər Ermənistanı mina xəritələrinin verilməsinə məcbur etməlidirlər. Azərbaycan tərəfi beynəlxalq məhkəmə qarşısında müharibə cinayəti ilə bağlı Ermənistana iddia qaldırmaq hüququnu özündə saxlayır”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

