Erməni yalanlarının girovluğunda...
28.04.2023 [10:15]
Mübariz ABDULLAYEV
Azərbaycan müstəqillik qazandıqdan sonra gənclərimizin dünyaya çıxış imkanları da genişləndi. Son 30 ildə minlərlə azərbaycanlı gənc dünyanın tanınmış ali məktəblərində yüksəksəviyyəli təhsil alaraq kamil mütəxəssislər kimi Vətənə dönüblər. Onlar hazırda müxtəlif sahələrdə çalışaraq ölkəmizin inkişafına öz töhfələrini verirlər. Fərqli səbəblərdən həyatlarını xarici ölkələrdə davam etdirən gənclərimiz də var. Onların mütləq əksəriyyəti harada yaşamalarından asılı olmayaraq, ana Vətənə, milli-mənəvi dəyərlərimizə, dilimizə, azərbaycanlı kimliyinə möhkəm bağlılıq nümayiş etdirirlər. 44 günlük müharibə zamanı dünya xaricdə yaşayan azərbaycanlı gənclərin yüksək vətənpərvərliyinin bir daha şahidi oldu. Biz belə gənclərimizlə qürur duyur, fəxr edirik.
Təəssüf ki, bəzən xaricdə yaşayan azərbaycanlılar arasında da unutqanlara rast gəlinir. Kanadada yaşayan İlkin Qəmbər də belələrindəndir...
İlkin Qəmbərin erməni təəssübkeşliyi
Son günlərdə Kanadada yaşayan azərbaycanlı İlkin Qəmbərin ermənilərin saxtakarlıqla yazdıqları tarixin, uydurduqları saxta “erməni soyqırımı”nın təbliğatçısı qismində çıxış etməsi geniş müzakirələrə yol açıb. Söhbət ondan gedir ki, İlkin Qəmbər 18 dəqiqəlik “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix” adlı sənədli film çəkib. O, həmçinin aprelin 24-də - qondarma “erməni soyqırımı”nın “ildönümündə” sosial şəbəkə hesabında paylaşım edərək yazıb: “Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın”. Azərbaycanlı müəllifin tarixin dərin qatlarına baş vuraraq orada erməni izləri axtarması və yaxud “soyqırımına” məruz qalan ermənilərin təəssübünü çəkməsi, əlbəttə ki, suallar doğurur.
Hər iki halda İlkin Qəmbərin ermənilərin tarixləri barədə uydurduqları yalanların labirintində azdığı, hətta milli kimliyini belə unutduğu ortadadır. Əvvəla, İlkin Qəmbərin damarlarında azərbaycanlı qanı axırsa, o, heç bir halda erməni yalanlarına uymamalı idi. İlkin Qəmbər təhsilli birisidir. Şübhə yoxdur ki, o, onilliklər boyunca ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşiliklər, xalqımızı zaman-zaman deportasiyalara məruz qoymaları, Bakıda, Şamaxıda, Qubada və başqa ünvanlarda soyqırımlar törətmələri barədə məlumatlardan xəbərdardır. Uzağa getməyək, İlkin Qəmbərin uşaqlıq və gənclik illərində erməni vandalizminin son səhifələri yazılıb. Bu mərhələdə torpaqlarımız işğala məruz qalıb, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ilin fevralında ermənilər Xatın, Xolokost kimi bəşəri faciələrlə müqayisə edilən Xocalı soyqırımını törədiblər. Ermənilərin 30 ili əhatə edən işğal illərində ərazilərimizdə törətdikləri vandalizm əməllərinin miqyasını təsəvvür etmək belə mmkün deyil. İlkin Qəmbər bunlardan xəbərsizdir? Düşünmürük. Bu kimi real faktların müqabilində İlkin Qəmbər hansı vicdan və hansı mənəviyyatla ermənilərin təəssübkeşinə çevrilib?
Azərbaycanlı İlkin Qəmbərin erməni təəssübkeşinə çevrilməsi ilə bağlı müxtəlif versiyalar irəli sürmək mümkündür. Uzaq tarixdə monqollar işğal altına aldıqları ərazilərdə uşaqları valideynlərindən zorla alaraq öz düşərgələrinə aparar və burada manqurtlaşdırardılar. Beyinləri yuyulan həmin uşaqlar sonradan qəddarlıqda istilaçıların özlərini belə kölgədə qoyardılar. Belə görünür ki, Kanadada yaşayan varlı erməni lobbisi də İlkin Qəmbəri paralar müqabilində manqurtlaşdırmağı yaxşı bacarıb.
Həqiqətdən uzaq olan film və paylaşım
İlkin Qəmbərin lentə aldığı film və etdiyi paylaşım həqiqətdən uzaqdır. Onları erməni yalanlarının təkrarı adlandırmaq daha doğru olardı. Ermənilər öz tarixlərini miflər uydurmaqla yazıblar. Onlar məhz miflərə əsaslanmaqla “dənizdən-dənizə böyük Ermənistan” coğrafiyası uydurublar. Halbuki tarixdə heç vaxt belə bir coğrafiya mövcud olmayıb. İndiki Ermənistan isə qədim Azərbaycan torpaqlarında yaradılıb. Burada məkrli güc mərkəzləri ermənilərə havadarlıq ediblər. Məhz həmin mərkəzlərin təzyiqi ilə üzləşən Azərbaycan Xalq Cümhuriyyəti tarixi cinayətə qol qoyaraq İrəvanı və digər ərazilərimizi ermənilərə güzəştə gedib. Sonradan ermənilər Qərbi Zəngəzuru ələ keçirdilər, bununla da kifayətlənməyib respublikamıza qarşı yeni ərazi iddiaları irəli sürdülər. Saxta tarixlərinə əsaslanan ermənilər yalnız Azərbaycana deyil, eyni zamanda, Türkiyəyə, Gürcüstana da ərazi iddialarından çıxış edirlər. Onların heç vaxt reallaşmayacaq məqsədləri “böyük Ermənistan” coğrafiyasını bərpa etməkdir.
İlkin Qəmbərin mütəssir olduğu erməni “soyqırımı” da əslində tarixin məqsədli şəkildə təhrif edilməsindən başqa bir şey deyil. Məlum olduğu kimi, Türkiyə dəfələrlə arxivlərin açılması və 1915-ci il hadisələrinin araşdırılması təklifləri ilə çıxış edib. Ancaq tarixlərini miflər üzərində yazan ermənilər belə təklifləri qəbul etmirlər və arxivlərin açılmasından, yumşaq desək, ehtiyatlanırlar. Çünki arxivlərin açılacağı təqdirdə erməni mifləri dağılacaq, o cümlədən də 1915-ci ildə baş verənlərlə bağlı uydurmalar üzə çıxacaq.
Bu yerdə ABŞ-ın eks-prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə məsləhətçisi olmuş Bryus Feynin “erməni soyqırımı” ilə bağlı məşhur açıqlamasını da xatırlamaq yerinə düşər. O yazır: “Ağ Ev Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı araşdırmalara başladı. Prezident Reyqanın tapşırığı ilə biz Avropa ölkələrinin hərbi arxivlərini və Osmanlı İmperiyasının arxivlərində araşdırmalar apardıq. Bunun nəticəsində məlum oldu ki, ermənilərin “soyqırım”la bağlı ittihamları tam olaraq, əsassızdır. Guya 2 milyon erməninin öldürülməsi barədə iddialar sadəcə olaraq erməni tarixçilərinin təxəyyülünün bəhrəsidir. Sənədlərə əsasən, 1915-ci ildə türklərin özləri soyqırıma məruz qalıb. Anadoluda erməni quldur dəstələri 2,4 milyon türkü məhv ediblər”.
Dəfələrlə sübut olunub ki, xəyanətkarlıq ermənilərin xislətinin əsas elementidir. 108 il bundan əvvəl də ermənilər yaşadıqları Türkiyəyə xəyanət ediblər. Həmin dövrdə Türkiyə müxtəlif düşmən qüvvələrlə üz-üzə qalmışdı. Söhbət Türkiyənin parçalanmasından və yaxud bir dövlət kimi tamamilə məhv edilməsindən gedirdi. Belə taleyüklü məqamda yerli ermənilər məhz Türkiyənin düşmənlərinin sıralarında yer aldılar. Bryus Feynin açıqlamasında oxuyuruq: “Birinci Dünya müharibəsi zamanı ermənilər vətənləri sayılan Osmanlı İmperiyasına xəyanət etmiş və türklərin düşmənlərinə qoşulmuşlar. Ermənilər Qafqaz cəbhəsində Osmanlı İmperiyasına qarşı ruslarla yan-yana vuruşurdular. Onlar türk və gürcü kəndlərini qarət edirdilər, dinc sakinləri öldürürdülər. Bizim təhqiqatımız zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə verdilər, ümumiyyətlə, bütün dövlətlər bu məsələdə öz arxiv qapılarını bizim üzümüzə açdılar. Ermənistan tərəfi isə arxivlərini göstərməkdən imtina etdi. Mənim fikrimcə, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Onda ermənilər bütün dünyadan və xüsusilə də türklərdən üzr istəməli olacaqlar”.
Bəli, reallıqla ermənilərin xülyaları arasında kəskin fəqlər var. Bu yedə İlkin Qəmbərə sual etmək istərdik: O nə vaxtsa vicdanının səsinə qulaq asıb erməni təəssübkeşliyinə görə peşimançılıq hissi yaşayacaqmı? Etdiklərinə görə zaman-zaman erməni zülmünə tuş gələn azərbaycanlılardan üzr istəyəcəkmi?
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59

