Dəqiq mina xəritələri verilməlidir!
14.04.2023 [10:41]
G.QABİLQIZI
Müharibədən 2 ildən çox keçməsinə baxmayaraq Ermənistanın Azərbaycan ərazisində terror siyasəti minalar vasitəsilə davam etdirilir. Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur - aprelin 12-də Laçında daha 1 nəfər mülki şəxs minaya düşüb. Qeyd edək ki, 2020-ci il müharibəsinin sonundan bəri 290 azərbaycanlı minaya düşüb.
Təbii ki, bütün bu hadisələrin baş verməsinin əsas səbəbi Ermənistanın dəqiq mina xəritələrini verməkdən yayınmasıdır. Bununla bağlı Xarici İşlər Nazirliyi ötən gün beynəlxalq ictimaiyyətə müraciət ünvanlayaraq bildirib ki, Ermənistan dəqiq mina xəritələrini verməlidir. Qeyd olunub ki, keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl Ermənistan istehsalı olan 2021-ci il üçün minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistanın həyata keçirdiyi mina terroruna özlərini dünyaya sülh carçısı kimi təqdim edən beynəlxalq təşkilatların laqeyd münasibət göstərməsi ölkə ictimaiyyətində qıcıq doğurur: “Haqlı olaraq hər kəs “beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməyəcəklərsə, niyə mövcuddurlar” sualı ətrafında düşünür. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz. Eyni zamanda, işğal dövründə həmin ərazilərdə yaşayan mülki vətəndaşlara qarşı qeyri-qanuni davranıb, dövlət və şəxsi mülkləri talaya bilməz. Amma Ermənistan sadalanan bütün hüquq normalarına arxa çevirib. Qəbiristanlığımıza kimi dağıdıb, ölülərimizin qızıl dişlərini çıxarıblar”.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə görüşlərdə Azərbaycan Prezidenti minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana verilməsini tələb edib: “Avropa İttifaqının da Ermənistanın qarşısına qoyduğu əsas şərtlərdən biri məhz həmin xəritələrin Azərbaycana təhvil verilməsidir. Amma Ermənistan tərəfi hər zamankı kimi özünün terrorçuluq siyasətini davam etdirir. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməməsində əsas maraq isə bizim insanlarımızın öz yurd- yuvalarına qayıdışının qarşısını almaqdır. Azərbaycan Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət göstərən beynəlxalq təşkilatlara hər nə qədər baş verən partlayışlar, insan itkiləri ilə bağlı məlumat versə də, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur: “Halbuki, ortada bir sıra hüquqi aktlar və həmin o təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Regionda sülh və əmin-amanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların statistikası hər keçən gün bir az daha artardı. Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil axı. Sülh istəyən güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki, ermənilərin “təhlükəsizliyi” ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 14:20
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13

