/ / İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB
İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB
13.04.2023 [14:43]
Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Bosniya və Herseqovinanın dostu olduğunu deyən Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç dövlətimizin başçısının Bosniya və Herseqovinaya daim dostluq münasibəti göstərməsini yüksək qiymətləndirdilər. Xüsusilə Azərbaycanın 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında və COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstəyi vurğulayaraq, ölkəmizin Bosniya və Herseqovinada humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirməsini, o cümlədən gözdən əlil və ahıl insanlar üçün mərkəzlərin təmirini çox yüksək qiymətləndirdilər.
Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviç dövlətimizin başçısının bu səfərinin ölkələrimiz arasında tərəfdaşlığın inkişafında yeni səhifə açacağına və əlaqələrimizin daha da inkişafına ciddi töhfə verəcəyinə əminliklərini bildirdilər. Səfər çərçivəsində həm ikitərəfli gündəlikdə duran məsələlərə, həm də beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsinin aparılacağı vurğulandı.
Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olduğu, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi xüsusi qeyd edildi. Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirildi və Bosniya və Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olduğu qeyd edildi. Bosniya və Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı vurğulandı.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliamın heç zaman unudulmamasının vacibliyinə toxundular, Bosniya və Herseqovinanın tarixi ilə Azərbaycanın tarixində bənzər hadisələrin olduğunu qeyd etdilər.
1972-ci ildə Bakı və Sarayevo şəhərlərinin qardaşlaşması ilə bağlı sazişin imzalandığını xatırladan Prezident İlham Əliyev bu şəhərlər arasında münasibətlərin qardaşlıq zəminində inkişaf etdiyini dedi.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.
Prezident İlham Əliyev siyasi münasibətlərimizin daim çox yaxşı səviyyədə olduğunu, ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiklərini vurğuladı, Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə də Bosniya və Herseqovinanın həmişə ərazi bütövlüyümüzə və suverenliyimizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi. Azərbaycanın Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini diqqətə çatdıran dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi zamanı da Bosniya və Herseqovinanın Azərbaycana göstərdiyi siyasi dəstəyin təqdir olunduğunu dedi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, investisiyalar, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.
Bu xüsusda iki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən çıxış edərək hökumətlərarası birgə komissiyanın və müvafiq sahələr üzrə birgə əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılması qərara alındı.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dünyanın bir çox ölkələrində investisiya layihələri ilə çıxış edib və bu xüsusda Bosniya və Herseqovinada da müxtəlif investisiya layihələrində iştirak edə bilər.
Azərbaycanın təbii qazının Balkan regionu və Bosniya və Herseqovinanın qonşu ölkələrinə ixrac edildiyi vurğulanaraq, gələcəkdə enerji sahəsində əməkdaşlıq imkanlarının mümkünlüyü qeyd olundu.
Dövlətimizin başçısı bildirdi ki, həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bu baxımdan da ölkələrimiz arasında təcrübə mübadiləsinin aparılması da yaxşı haldır. Eyni zamanda, ölkələrimizin vətəndaş cəmiyyəti təsisatları, elm-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərinin vacibliyi də bildirildi.
Azərbaycanın və Bosniya və Herseqovinanın minalardan əziyyət çəkən, minalarla çirklənmiş ölkələr olduğu vurğulanaraq, bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edildi.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16

