Kimdir müqəssir?
06.04.2023 [10:50]
Psixiatriya xəstəxanasında baş verənlərin pərdəarxası
Nicat Dilqəmli
Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan uşaqlardan birinin bir neçə gün bundan öncə 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ciddi müzakirələrə səbəb olub. Hadisələrin videogörüntüdəki uşağın həmin uşaq evi ilə bağlı şikayətini bildirməsindən dərhal sonra baş verməsi isə məsələni bir qədər də qəlizləşdirib.
Hər şey necə başladı?
Bir neçə gün öncə “Baku TV” -nin internet televiziyasının efirində 3 saylı uşaq evində qalan bir uşaq oradakı şəraitlə bağlı öz fikirlərini bölüşdü. Qeyd edilən videogörüntülərdə uşaq evində böyüyən dörd qardaşdan biri sadəcə olaraq, uşaq evində hökm sürən dəhşətli mənzərələr haqqında məlumat verərək digər sakinlərin də problemlərdən xilas olmasını istədiyini bildirib.
Onun videogörüntüdə səsləndirdiyi fikirlər təxminən belə idi: “Şor verirlər, şor bir belə (əli ilə çörəyin böyük, şorun isə az olduğunu göstərir). Çox şükür, mən naşükürlük etmirəm. Mən özüm üçün demirəm, onlara görə deyirəm. Nə olsa, yeyərəm. Çörəklər qurudur. O uşaqlar o çörəklə doymurlar”...
Sonra davam edir: “Bişirirlər, düzdür, haqqlarına girmirəm. Amma yağlı, ətli tərəflərini aparırlar. Südü, almaları aparırlar. Almaların sümüklərini saxlayırlar. Meyvələri yeyirlər. Hər şeyi yeyib mənimsəyirlər. Orada hər şeyi yox edirlər”.
Lakin hansısa səbəbdən müsahibənin yayımlanmasından bir neçə gün sonra uşaq evinin sakini 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Bütün bunlar isə cəmiyyətdə ciddi narazılığa səbəb olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Xətai rayonundakı 3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb. Bildirilib ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də azyaşlının həkimi ilə mövcud vəziyyət və diaqnoz müzakirə olunub. Bununla yanaşı, uşağın qardaşı Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, həmçinin onun özünün də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb. Qeyd edilib ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır. Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabçasındakı müalicə tarixçəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən yeniyetmənin özünün yoxlanılmasından sonra qısamüddətli müalicə alması üçün verilib. Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.
3 saylı uşaq evinin uşaq birliyinin rəhbəri İlahə İmanova da məsələ ilə bağlı İTV-yə danışıb. O deyir ki, Məhəmməd artıq emosiyalarına, davranışlarına hakim ola bilmirdi: “Təbii ki, biz işçilər “balamsan, bunu olmaz”, “bunu etmək olmaz” desək də, ona dəfələrlə xəbərdarlıq etsək də, Məhəmməd sanki bunu eşitmir, hiss etmirdi və elədiklərinin fərqinə varmırdı. Burada dəfələrlə oğurluq hadisələri baş verdi, iradımızı bildirdik. Amma o, üzr istəsə də, yenidən edirdi”.
Uşaqlara verilən yeməklərin kəsilməsi barədə isə İ.İmanova bunları deyib: “Təbii ki, iddiadır. Yeniyetmədir, çılğın bir uşaqdır. Bizi o cür qəbul edibsə, nə deyə bilərik? Amma təbii ki, əsassızdır, heç bir əsasa sığmır. Çünki bura böyük bir müəssisədir, burada böyük bir işçi heyəti işləyir. Yəni, burada o cür nasazlıqlara yol verilməsi, göz yumulması mümkün ola bilən bir şey deyil. Hətta bəzi uşaqlar öz fikirlərini ifadə etməyi bacarırlar. “Doymadım” deyirlərsə, tərbiyəçi köməkçisi çörəklə yenidən təmin edir”.
Dünən isə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub. A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir.
Səhiyyə naziri Teymur Musayevin digər bir əmri ilə Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Orxan Cəfərov bundan öncə Respublika Narkoloji Mərkəzinin baş direktoru idi.
Baş verənlərə əsaslanaraq kimin haqqlı, kimin isə haqqsız olduğunu söyləmək hələlik bir qədər çətindir. Bu məsələdə də zaman ən yaxşı həkim və hakimdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

