Bakıda növbəti Zirvə, yaxud Bakı yenə də zirvədə! - TƏHLİL
01.03.2023 [11:13]
Regional güc mərkəzi, dünyada söz və nüfuz sahibi olan Azərbaycan qlobal geosiyasi gündəliyi müəyyənləşdirən növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Martın 2-də paytaxt Bakıda BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının postpandemiya dövrünə həsr olunmuş Sammiti baş tutacaq.
Müxtəlif beynəlxalq təşkilatlarda fəal təmsil olunan, qərarların qəbulunda və icrasında yaxından iştirak edən Azərbaycan dünya siyasi arenasında çoxtərəfli diplomatiyanın inkişafına mühüm töhfələr verir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi dövründə çevik və səmərəli fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Milli maraqlara və qlobal çağırışlara adekvat strateji kurs həyata keçirən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən təşkilata sədrlik edir. Azərbaycanın sədrliyi dönəmində Hərəkatın fəaliyyəti – müzakirə olunan məsələlər və qəbul edilmiş qərarlar beynəlxalq siyasi proseslərə, həmçinin BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına ciddi təsir göstərib. Təsadüfi deyil ki, prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməli olsa da, hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadılıb. Daha dəqiq desək, Qoşulmama Hərəkatına üzv dövlətlər ölkəmizə Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib.
Qoşulmama platforması ölkəmizə prinsipial və sistemli beynəlxalq dəstəyin təmin edilməsi xüsusunda da çox önəmlidir. Sadəcə, iki fakta diqqət yetirək:
- 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi prosesi zamanı Azərbaycanı dəstəkləyən ölkələr sırasında Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin mühüm rolu oldu. Əlbəttə, bu, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. Qoşulmama Hərəkatının sıralarında birləşən dövlətlərin və digər ölkələrin dəstəyi, başqa sözlə, beynəlxalq ictimaiyyətin etimadı isə özünü doğrultdu. Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, sülh, sabitlik və təhlükəsizliyə, taleyüklü məsələlərdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa böyük önəm verdiyini nümayiş etdirdi;
- 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qətnamənin qəbuluna mane oldular. Bu ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Bunun nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular.
Azərbaycanın həm təşkilat daxilində, həm də Hərəkata sədr kimi fəaliyyətinin çox mühüm istiqamətlərindən, eləcə də faydalı nəticələrindən biri Qoşulmama Hərəkatı ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafıdır. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə, həmçinin tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı təmsil olunub. Bundan başqa, sıralarında 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.
Bunlarla yanaşı, Azərbaycanın sədrliyi dövründə və yüksək fəallığı fonunda Qoşulmama Hərəkatında mühüm ilklərə və yeniliklərə imza atılıb. Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının təsis olunması bu baxımdan xüsusi vurğulanmalıdır.
Beləliklə, bəzilərinin bədbin proqnozlarının əksinə olaraq, Qoşulmama Hərəkatının fəaliyyət dairəsi genişlənir, idarəetmə mexanizmi təkmilləşir və təşkilatın işində yeni mərhələ başlanır. Bu günlərdə Azərbaycanın başkəndi, regionun isə diplomatiya paytaxtı olan Bakıda Qoşulmama Hərəkatının tarixində yeni və daha önəmli səhifə açılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34

