Şəhidlərimiz ən böyük ehtirama layiqdir
17.01.2023 [16:49]
20 yanvar Azərbaycan xalqının faciəsi ilə bərabər, həm də unudulmaz qəhrəmanlıq tarixidir. Müstəqilliyimiz təmin olunması, torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban verənlərin qəhrəmanlığı, vətən sevgisi bugünkü xoşbəxt gələcəyimizin, inkişafımızın təməlidir.
Ulu Öndərimiz Heydər Əliyevin keçdiyi mübarizə yollarına nəzər saldıqda, müstəqilliyimizin bərpa olunmasında, möhkləmləndirilməsində göstərdiyi fədakarlıqları göz önünə gətirəndə uğurlarımızın böyük çətinliklər bahasına qazanıldığı aydın görünür.
20 yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib Mixail Qorbaçovun antiazərbaycan siyasətini kəskin tənqid etmək, xalqımızın başına gətirilən bəlalarda bu ermənipərəst dövlət rəhbərini günahlandırmaq və bunu dünyaya bəyan etmək böyük cəsarət, vətənpərvərlik tələb edirdi. Bu addımı yalnız daimi xalqı ilə bir olan, həyatını torpağı və vətəni üçün qurban verməkdən çəkinməyən bir lider - Heydər Əliyev ata bilərdi.
Ümummilli Liderimizin unudulmayan hərəkəti, amalı o vaxtlar matəm içərisində olan Azərbaycan xalqına yeni mübarizə ruhu verdi. Tankların, avtomat silahların qarşısına inam, qətiyyət dolu canları ilə çıxan şəhidlərimizin övladları, əzizləri müstəqillik uğrunda mübarizəyə daha cəsarətlə, həvəslə atıldılar.
Bu bir həqiqətdir və təkzibolunmaz faktdır ki, birinci və ikinci Qarabağ müharibəsində döyüşə atılan, qəhrəmanlıq göstərən, canlarını fəda edən insanların hər biri 20 yanvar faciəsində həlak olanlardan, şücaət göstərənlərdən nümunə götürmüşlər, günahsız qardaş və bacılarının qanlarının yerdə qalmaması uğrunda döyüşə atılmış, düşmənlərimizin bağrına od qoymuşlar.
20 yanvar xalqımız üçün bir qəhrəmanlıq nümunəsi, həm də ibrət dərsidir. Xalqımız bu dərsdən düzgün nəticə çıxartmışdır. İndi ölkəmizdə ictimai - siyasi sabitlikdir, dövlətimiz inkişaf yolundadır, dünyada böyük nüfuza malikdir.
Xalq və Prezident birdir, yekdildir, həmrəydir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycanı sosial, dünyada öz yeri və mövqeyi olan, tanınan, sevilən hörmət göstərilən, inkişaf edən, gündən - günə çiçəklənən, qalib bir dövlətə çevrilmişdir.
30 il düşmən işğal altında olan torpaqlarımı azaddır. İndi dünya Azərbaycan həqiqətlərindən, uğurlarından, sülhsevərliyindən söz açır, xalqımız özünün milli - mənəvi dəyərləri, torpağa, vətənə sadiqliyi ilə tarixə yeni, unudulmaz səhifələr yazır.
Sözsüz ki, 20 yanvar şəhidlərinin ruhu da bunu görüb sevinir, şad olur. Onlar bu xoşbəxt həyatımıza zəmin hazırladıqları, yollar açdıqları üçün qürur duyurlar və qürur duymaqda haqlıdılar.
Xalqımızın fəxr etdiyi şəhidlərimiz unudulmaz və ölməzdilər. Onlar ən böyük hörmət və ehtirama layiqdilər.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

