Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
24.12.2022 [16:15]
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Sizə Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.
Fürsətdən istifadə edib Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı fəaliyyətinin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Bu qarşılıqlı fəaliyyət bundan sonra da təhlükəsizliyin təmin edilməsinin, ölkələrimizin milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq.”
xxx
İsrailin sabiq Prezidenti, Knessetin sabiq sədri, Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Dalia İtzikdən
“Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan çox şadam.
Bildiyiniz kimi, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvüyəm. Bu təşəbbüs və bir çoxlarının bacarmadığı işi görmək, müxtəlif ölkələrdən olan insanları bir araya gətirərək dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək istiqamətindəki uğurlu səylər məndə dərin təəssürat yaradır.
Mən ölkənizə və daim inkişaf edən Bakı şəhərinə çox heyranam. Hər səfərim zamanı fərqli Bakı görürəm. Qonaqpərvərliyinizə və Qlobal Bakı Forumu kimi mühüm toplantını hər dəfə böyük müvəffəqiyyətlə təşkil etdiyinizə görə Sizə təşəkkür edirəm. Hər dəfə forumda insanların peşəkarlıqla, səmimiyyətlə və mehribanlıqla iştirakını xüsusi qeyd etmək istəyirəm.
Bu əlamətdar gün - doğum gününüz münasibətilə Sizə daha uzun illər ərzində ölkənizi belə gözəl şəkildə idarə etməyi arzulayıram.
Sizə, xanım Mehriban Əliyevaya və gözəl qızınız Leyla xanıma ən səmimi salamlarımı çatdırıram.”
xxx
“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycanın və xalqınızın rifahı naminə yeni və daha böyük zəfərlər diləyirəm".
xxx
Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviçdən:
"Zati-aliləri.
Fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Həm Prezident olduğum illərdə, həm də sabiq Prezident kimi fəxri status daşıdığım dövrdə Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı böyük uğurların şahidi olmağımdan məmnunluq duyuram. Bu müddət ərzində bir sıra sahələrdə intensiv əməkdaşlığımız sayəsində dəyərli dostluğumuzu dərinləşdirməyə nail olduq və dövlətlərimiz arasında bugünkü münasibətlərin təməlini qoyduq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi dünyanın müxtəlif guşələrinin elmi, mədəni və akademik dairələrinin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, yüksək səviyyəli dövlət rəsmiləri ilə birlikdə dünya miqyaslı və dəyərli təşkilatın çoxsahəli fəaliyyətində iştirakımdan da xüsusi məmnuniyyət duyuram. Məhz görkəmli şair Nizami Gəncəvinin əsərlərinin və ruhunun, eyni zamanda, Azərbaycan xalqının mədəniyyəti və adət-ənənələrinin təməlini təşkil edən multikulturalizm, sülh, əmin-amanlıq, sevgi, qarşılıqlı hörmət, bərabərlik kimi dəyərlər bütün qitələrdən müxtəlif mədəniyyətləri, fərqli mentalitet və maraqları bir araya gətirə bilib.
Bu əlamətdar gün eyni zamanda Nizami Gəncəvinin qeyd olunan dəyərlərindən qaynaqlanaraq Sizin tarixi uğurlarınızı vurğulamaq üçün gözəl fürsətdir. Siz Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirməyə nail oldunuz, xalqınıza sevinc və məmnunluq hisslərini bəxş etdiniz.
Möhtərəm Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
xxx
Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:
"Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, tükənməz enerji, uğurlar, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə bütün quruculuq təşəbbüslərinizdə yeni-yeni nailiyyətlər diləyirəm.
Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz və çox böyük əməksevərliyiniz, gözəl işgüzar və insani keyfiyyətləriniz həmişə uğurlu nəticələr əldə edilməsinə yönəlib.
Sizin gözəl ölkənizə səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoş güzəran və səadət arzulayıram.
Dərin hörmət və ehtiramla Sizə və xanımınız Mehriban Arif qızına xoşbəxtlik arzularımı və ən xoş diləklərimi yetirirəm".
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37

