Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FED uçot dərəcəsini qaldırıb

FED uçot dərəcəsini qaldırıb

14.12.2022 [23:22]

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb - 4,25-4.50 %-dək.

“Report” xəbər verir ki, bu barədə FED məlumat yayıb.

“Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.

Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30