Azərbaycan diasporu Şuşa-Xankəndi yolundakı aksiyanı dəstəkləyir
13.12.2022 [17:24]
Xaricdə yaşayan azərbaycanlılar Qarabağdakı etiraz aksiyasına dəstəklə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəalların, könüllülərin və media mənsublarının Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirdikləri etiraz aksiyasını dəstəklədiklərini bəyan ediblər.
Bəyanatda deyilir: “Biz, xaricdə yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarına və bölgədə yaranmış ekoloji gərginliyə son verilməsi tələbi ilə keçirilən aksiyaya öz dəstəyimizi ifadə edirik.
Ətraf mühitin qorunması milliyyətindən asılı olmayaraq hər bir insanın borcudur. Biz – xaricdə yaşayan azərbaycanlılar, ana vətənimiz Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə ekoloji vəziyyətin gərginləşməsindən ciddi şəkildə narahatıq.
Beynəlxalq səviyyədə ciddi narahatlıq doğuran iqlim dəyişikliyi və su resurslarının azalması fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkar şəxsin ətraf mühitə sistemli xəsarət yetirən addımlarının azərbaycanlılara qarşı etnik nifrətdən – Azərbaycanofobiyadan qaynaqlandığı qənaətindəyik. Qeyd edilən ərazilərdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən qanunsuz fəaliyyətə şəraitin yaradılmasını və sistemli ekoloji terrorun qarşısının alına bilməməsini sülhməramlıların komandanlığının bir qrup cinayətkar oliqarxın təsirində olmasının göstəricisi hesab edirik.
Xaricdə yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq tələb edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarını və bundan irəli gələn ekoloji fəsadları yerində araşdırmaq üçün azərbaycanlı ekoloji aktivistlərin təhlükəsizlikləri təmin olunmaqla Qızılbulaq qızıl yatağına, Dəmirli mis-molibden yatağına və digər yataqlara mütəmadi baxış keçirmələrinə şərait yaradılsın.
Tələblərimiz yerinə yetirilməyənə qədər xaricdə yaşayan azərbaycanlılar da soydaşlarımızla həmrəylik nümayiş etdirərək, mütəmadi dəstək aksiyaları keçirəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16

