“Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib
30.11.2022 [16:02]
30 noyabr tarixində “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib.
Keçirilən müzakirədə “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Güney Azərbaycanlı ekspertlər - Səttar Sevgin, Məmməd Azər, Babək Azəroğlu, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan "Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar" ictimai birliyinin sədri Səftər Rəhimli bildirib ki, bu gün təşkil edilən “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə olduqca aktual məsələdir. İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalmaqdadır. Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. S.Rəhimli qeyd edib ki, dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi bizdə də ciddi narahatlıq yaradır.
Daha sonra çıxış edənlər “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Güney Azərbaycanlı ekspertlər - Səttar Sevgin, Məmməd Azər, Babək Azəroğlu bildiriblər ki, məsələ ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib: "Əksinə, rəsmi Tehran tərəfindən bu prosesə İran ərazisində və İrandan kənarda etiraz edənlər siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün müxtəlif işgəncələr tətbiq olunur.”
Çıxış edən qeyri-hökumət təşkilatlarının sədrləri bildiriblər ki, İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü də quruyur. Biz, qeyri-hökumət təşkilatları olaraq “Azərbaycanın ictimai-siyasi təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, medianı bu məsələdə aktiv olmağa, soydaşlarımıza qarşı İran hökumətini məcburetmə siyasətindən daşındırmaq üçün imkanlarını səfərbər etməyə çağırırıq.”
Daha sonra ictimai müzakirə qarşılıqlı diskussiya şəkilində davam edib və təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10

