Respirator virusların aktivləşdiyi fəsil!
18.10.2022 [11:13]
Vaksinasiya qrip əleyhinə də aparılacaq...
Yeganə BAYRAMOVA
Artıq payız fəslinə qədəm qoymuşuq. Havaların soyuması, fəsil dəyişkənliyi insanların müəyyən viruslara yoluxmasına səbəb olur. Məlumdur ki, payız mövsümünün xarakterik xəstəliklərinə soyuqdəymə, faringit, sinusit, bronxit və pnevmoniya aiddir. İnsanlar iqlim dəyişkənliyini orqanizmin immunitet səviyyəsindən asılı olaraq müxtəlif cür keçirirlər. Bu, bəzi insanlarda özünü halsızlıq, yorğunluqla göstərsə də, bəzilərində yuxusuzluq, iştahsızlıq və depressiya ilə müşahidə olunur.
Ölkəmizdə qrip əleyhinə vaksinasiya aparılır. Bununla bağlı Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq Əmr imzalayıb.
Qeyd olunub ki, sənəddə 2022-2023-cü ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar, eləcə də digər dövlət tibb müəssisələrinə tövsiyələr verilib.
Günəş aktivliyinin azalması ilə viruslar çoxalır
Həkim Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dövlətimizin hər zaman mövsümi xəstəliklərlə əlaqədar müvafiq tədbirləri olub. Həkimin sözlərinə görə, payız-qış mövsümü respirator virusların daha çox yayıldığı bir zamandır: “Qrip və qripə bənzər digər xəstəliklərlə bağlı profilaktik işlərin aparılması vacibdir. Nəzərə alsaq ki, 2 ildən çoxdur ki, pandemiya dövrünü yaşamışıq, insanların böyük əksəriyyəti koronavirusa qarşı vaksinasiya olunub. Ümumiyyətlə, vaksinasiyanın özü aktiv immunizasiya deməkdir. Bu baxımdan hər cür viruslardan qorunmaq üçün insanların vaksinasiyaya cəlb edilməsi məsləhətdir. Son zamanlar qripə yoluxanların da sayı çoxdur, əlbəttə, bu, mövsümi xarakter daşısa da, ciddi tədbirlərin görülməsi lazımdır”.
Normal qidalanma, təmiz hava olmalıdır
Həkim qeyd edib ki, payız mövsümündə xəstəliklərin artmasının əsas səbəbi havaların soyuması və günəşin aktivliyinin azalması ilə bağlıdır: “Özəlliklə, payız və qış mövsümündə müəyyən xəstəliklər daha çox özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün ilk növbədə, immun sistemini yaxşı vəziyyətdə saxlamaq lazımdır. Normal qidalanmaya daha çox önəm verilməlidir.
Son günlər xəstəliklərin baş qaldırmasının digər səbəbi isə insanların meyvə-tərəvəzlərdən az istifadə etmələri ilə bağlıdır. Normal qidalanma, meyvə-tərəvəzlərdən çox istifadə etmək fəsil dəyişikliyi ilə əlaqədar qalın geyinmək daim bizə kömək edir. Evlərdə daim havalandırma prosesi həyata keçirilməlidir. Gün ərzində ən azı 2 dəfə pəncərələri açıb evi havalandırmaq lazımdır. Əsas bu qaydalara riayət etsək, xəstəliklərə daha az yoluxma ehtimalımız var”.
Maskalardan istifadə vacibdir
Həkimin sözlərinə görə, insanlar arasında qripin yayılmasının digər səbəbi məsuliyyətsizlikdir: “Qripin hər fəsildə özünü göstərə biləcəyi məlumdur. Lakin unutmamalıyıq ki, hansı fəsil olursa olsun, qripə və digər respirator viruslara yoluxan şəxslərin tibbi maskalardan istifadə etməsi mütləqdir. Belə olduğu halda viruslara yoluxma halları da azalmış olacaq”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

