“Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib
17.10.2022 [17:56]
17 oktyabr tarixində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Ermənistanın Vətən Müharibəsi zamanı Gəncə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Adil Tağıyev, Milli Məclisin deputatı, Komitə sədri Musa Quliyev, millət vəkilləri Müşviq Cəfərov, Naqif Həmzəyev, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Çexiya Gənclər Assossiyasının rəhbəri Radek Smolka, Finlandiyanın Fimigrant Ri təşkilatının rəhbəri İlkka Yuvankovski, Polşa Demokratlar Assosiyasının rəhbəri Adrian Pioçeta, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Konfrandan öncə qonaqlar və iştirakçılar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə məruz qaldığı ərazini və Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra qonaqlar və iştirakçılar Gəncə terroru ilə bağlı yeniyetmə rəssamların rəsm sərgisi ilə tanış olublar.
Beynəlxalq konfrans Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransa açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Gəncə terrorunun ikinci ildönümü ərəfəsində beynəlxalq konfransın təşkil edilməsinin əhəmiyyətindən danışıb, Ermənistanın döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzində mülki əhaliyə və infrastruktura vurduğu ziyanın hərbi cinayətkarlığın və barbarlığın göstəricisi olduğunu qeyd edib. “Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən müharibə cinayətləri bu gün də davam edir, 30 il ərzində mina partlayışı nəticəsində 3000-dən artıq Azərbaycan vətəndaşı həyatını itirib və ya xəsarət alıb. İşğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə aşkar edilən kütləvi məzarlıqlar isə azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin bariz nümunəsidir. Regionda yaranmış yeni siyasi reallığı nəzərə alaraq, vətəndaş cəmiyyəti nümayəndələri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallığını davam etdirməli, Ermənistanın “ Müharibə qurbanlarının müdafiəsi haqqında” , “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” və. s. konvensiyaların normalarını kobud şəkildə pozduğunu və beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır”
Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Adil Tağıyev, MM-in Komitə sədri Musa Quliyev, millət vəkilləri Müşviq Cəfərov, Naqif Həmzəyev, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Çexiya Gənclər Assossiyasının rəhbəri Radek Smolka, Finlandiyanın Fimigrant Ri təşkilatının rəhbəri İlkka Yuvankovski, Polşa Demokratlar Assosiyasının rəhbəri Adrian Pioçeta bildiriblər ki, 44 günlük Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı. Uşaq, qoca və qadınlarln terrora məruz qalması, dünya ictimaiyyətinin bu vandallığa səssiz qalması bütün beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər.
Sonra çıxış edən QHT sədrləri Vətəndaşların Əmək Hüquqlarının Müdafiaə Liqasının sədri Sahib Məmmədov və "Təmas" regional inkişaf ictimai birliyinin sədri Südabə Məmmədova baş vermiş terror hadisələrini pisləyərək, bu sahədə bütün beynəlxalq təşkilatlara haqq səsimizi çatdırılması istiqamətində QHT-ləri aktiv olmağa səsləyiblər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Konfransın yekunu olaraq iştirakçılar adından BƏYANAT səsləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35

