Erməni cinayətləri ilə bağlı qərar verilməlidir
11.10.2022 [10:34]
Sosial Tədqiqatlar Mərkəzi iclas keçirib
Nicat PAŞA
Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkə ictimaiyyətinin ən müxtəlif sahələrinin təmsilçilərinin iştirakı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans keçirib. Tədbirdə erməni cinayətlərini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra konfrans iştirakçıları çıxış edərək Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri mövzusunda müzakirələrə qoşulublar.
Konfransı giriş nitqi ilə açan Zahid Oruc ermənilərin son 34 ildə törətdiyi müharibə cinayətləri barədə danışıb. O bildirib ki, Azərbaycan xalqına qarşı ermənilərin son 34 ildə törətdiyi müharibə cinayətlərinin külliyatını qısa videoçarxlara yerləşdirmək mümkün deyil: “Gördüyünüz kadrlar onların kiçik bir hissəsidir. Hazırki tədbirdə məqsəd təcavüzkarlıq təqvimini mexaniki sıralamaq deyil, daha çox tariximizin qanlı səhifələrini ölkəmizi xaricdə hüquqi-siyasi mühakiməyə qalxanlara, eləcə də daxildə düşmənə humanizm təşviq edənlərə göstərməkdir”.
“Sizinlə birgə yaşadığımız son iki ili, 27 sentyabr-10 noyabr tarixini xalqımız üçün yeni qurtuluş təqvimi kimi qeyd edərkən, parlaq Qələbəmizin ildönümü əvəzinə qarşınıza təəssüf ki, işğal dövrünün səhnələri ilə çıxmışıq. Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik. Bəli, düşmənin məqsədi budur-xalqımızın sentyabr müqəddəsliyinə zərbə vursun, milli gündəliyi Qələbə hadisəsindən çıxarsın, qurucu enerjisini xarici meydanlara yönəltsin”.
Zahid Oruc deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli aparıb: “44 günlük müharibə əsl Nürnberq Məhkəməsi oldu. Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bunun özü də terrordur. Onu da xüsusi qeyd etmək lazımdır ki, indiyə qədər bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Ermənilərin son 30 ildəki “qəhrəmanlarının” əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı gərək bu erməni cinayətkarları mühakimə edə idi”.
STM sədri qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: “Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir, Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər”.
Qeyd olunub ki, Ermənistan 2 oktyabrda mötəbərliyi rəsmən təsdiqlənməyən videoyazı üzərindən ölkəmizə qarşı qlobal kampaniyaya aparır və əks-təbliğatın coğrafiyası çox genişdir. “ABŞ, Hindistan, Fransa, Kanada, Norveç, Yunanıstan, Litva, İrlandiya Xarici İşlər nazirlikləri, fransalı nazir Frank Rister, “The National İnterest” dərgisi, 45-dək amerikalı konqresmen, İspaniya parlamentinin üzvü Anton Reyno və Con İnyariti, Britaniyanın Ermənistandakı səfiri, amerikalı senator Aleks Padilya, Genosidi önləmə şəbəkəsi, Ursula fon der Layenin istefasını tələb edən qlobal chang.org platformasında başladılan petisiya, avropalı deputatlar Viola Taubadel, Tom Vanderisxe, Emmanuel Morel, Almaniya Ombudsmanı, ATƏT DTİB, Haaqada azərbaycanlı səfiri Niderland XİN-ə çağıran hökumət üzvləri, İspaniya Konqresi, britaniyalı jurnalist Emil Hesse, Bellingcat kəşfiyyat platfoması, kanadalı senator Leo Kusakos, Amerika senatının xarici əlaqələr komitəsi, Avropa parlamentində 17 nəfərlik dinləmə və Norveçin Ermənistandakı səfiri Helen Andersen ölkəmizi günahlandırma kampaniyasında iştirak edirlər”.
Tədbirdə Ermənistan tərəfindən aparılan aksiyaların məqsədləri barədə geniş məlumat verilib.
Sonra digər konfrans iştirakçıları çıxış edərək tədbirin əhəmiyyətini qeyd ediblər.
Tədbirin əhəmiyyəti barədə “Yeni Azərbaycan” qəzetinə danışan politoloq Tural İsmayılov tədbirdə müxtəlif siyasiyönümlü şəxslərin iştirakının Azərbaycan cəmiyyətinin Ermənistan cinayətlərinə qarşı vahid bir mövqedən çıxış etdiyini göstərdiyini qeyd edib: “STM tərəfindən həyata keçirilən dinləmələrdə Ermənistanın uzun illər boyu Azərbaycan xalqına qarşı törətdiyi müxtəlif cinayətlərlə bağlı məsələlər müzakirə edildi. Tədbir iştirakçıları Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi çoxsahəli terror aktları ilə bağlı öz fikirlərini bildirdilər. Tədbir kifayət qədər maraqlı alındı. Müxtəlif siyasiyönümlü insanların, jurnalistlərin, QHT nümayəndələrinin işirakı göstərdi ki, əslində, Ermənistan cinayətlərinə qarşı Azərbaycan cəmiyyəti vahid bir mövqedən çıxış edir. Müxalifətli-iqtidarlı - hər kəs Ermənistanın törətdiyi soyqırımı aktlarının, etnik vandalizm proseslərinə qarşı tək yumruq olmağı bacarır. Tədbirin sonunda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin dünya arenasında ifşa edilməsi ilə bağlı da vahid mövqe ortaya qoyuldu”.
T.İsmayılov hesab edir ki, cəmiyyətin müxtəlif kəsimlərinin bu tədbirdə iştirakı konfransın nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoymuş oldu: “Eyni zamanda, Ermənistanın 1988-ci ildən ta 2020-ci il Gəncə terroruna qədər törətdiyi bütün terror və cinayətlərlə bağlı fikirlər səsləndirildi. Fikrimcə, analoji tədbirlər davamlı olmalıdır. Müxtəlif publik hüquqi şəxslər, QHT nümayəndələri də bu kontekstdə fəaliyyətlərini davam etdirməlidirlər.
STM tərəfindən bu tip və buna bənzər mövzularda dinləmələrin davam etdirilməsi nəzərdə tutulub”, - deyə politoloq fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51

