Kitablar səssiz müəllimlərdir
06.10.2022 [10:47]
VIII Bakı Beynəlxalq Kitab Sərgisində 200-dən çox yeni kitabın təqdimatı olacaq
SƏİDƏ
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VIII Beynəlxalq Kitab Sərgisi 5-9 oktyabr tarixlərində saat 10:00-dan 20:00-a dək davam edəcəkdir. Bakı Ekspo Mərkəzində keçirilən sərgi “Şuşa İli”nə həsr olunur.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib: “Kitab insanın bilik, vərdişlər qazanmasında böyük yer tutur. İnsan nailiyyətlərinin hamısını kitabla əlaqələndirirlər. Kitabsız insan cəmiyyətinin inkişafını təsəvvür etmək olmaz. İndi kitab elektron aləmdə yaşamaq üçün rəqabət aparır. Azərbaycan dövləti, cəmiyyəti elmə böyük hörmətlə yanaşır. Bu gün Azərbaycan Respublikasının kitab çapı dövlətin diqqət mərkəzindədir”. Ə.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Bildirib ki, sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Nazir qeyd edib ki, 15 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.
“Səkkizinci Bakı Kitab Sərgisinin digər əvvəlki illərdən fərqi onun daha geniş formada təşkil olunmasındadır. Təbii ki, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesi sahəsində bir dönüş nöqtəsi olub. Artıq Azərbaycanda bu sahədə yeni dünya standartlarına cavab verən təcrübə formalaşdırılıb. Amma builki sərgimizin keçənilkindən fərqi ondadır ki, bu il naşirlərin sayı ümumiyyətlə, kitab sənayesi subyektlərinin sayı keçənilkindən demək olar ki, 30-40 faiz daha çoxdur. Bu il ilk dəfə olaraq, ölkəmizdə kitab sərgisində Türkiyə “fəxri qonaq” statusunda iştirak edir. “Şuşa İli”nə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisində bütün konstruksiyalar, kitab məhsulları mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib”,- deyə Anar Kərimov bildirib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam qeyd edib ki, Türkiyə və Azərbaycan arasında dostluq münasibəti əbədi və sarsılmazdır: “Biz daim birlikdə istənilən sahədə tərəfdaşlıq mübadiləsi edirik. Türkiyədə də bu yaxın illər ərzində müxtəlif başlıqda xeyli sayda kitab işıq üzü görüb”.
Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitabın cəmiyyət həyatındakı rolundan danışıb. Söyləyib ki, kitab cəmiyyətin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir: “Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.
VIII Beynəlxalq Kitab Sərgisində 16 ölkədən 60-dan çox xarici, 100-dən çox nəşriyyat-poliqrafiya və kitab sənədi ilə əlaqəli müəssisə təmsil olunur. Tədbirə sərginin “fəxri qonaq ölkəsi” olan Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat evi dəvət edilib. Sərgidə Azərbaycan xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, xarici yazıçılar və aktyorlar iştirak edəcəklər. Bundan əlavə, ziyarətçilər Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan gələn naşirlərin kitabları ilə də tanış ola biləcəklər.
Sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə fəxri qonaq statusunda olan qardaş ölkənin mədəniyyətinin nümayişi üçün fərqli formatlarda tədbirlər keçiriləcək. Sərgidə iştirak edən Türkiyənin məşhur yazarları, tarixçiləri, aktyorları və elm adamlarından İlbər Ortaylı, Fatih Ərdoğan və Xasiyət Rüstəmin adlarını çəkə bilərik.
VIII Beynəlxalq Kitab Sərgisində 109 nəşriyyatın iştirakı və 200-dən çox yeni kitabın təqdimatı baş tutacaq. “Qarabağa kitabla gedək” aksiyası sərgi müddətində davam edəcək. Hazırda işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün bu aksiya çərçivəsində 93 min 212 nüsxə kitab toplanıb.
Sərginin davam etdiyi 5 gün ərzində iştirakçılar və ziyarətçilər üçün 200-dən çox müxtəlif tədbirlərin təşkili planlaşdırılıb. Bu tədbirlər sırasında uşaqlar və böyüklər üçün təşkil edilən master klasları, kitab təqdimatlarını, imza günlərini, konfransları, simpoziumları, qiraət və musiqi saatlarını misal göstərə bilərik. VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olan xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yeniseyin iştirakı ilə 5 gün ərzində müxtəlif tədbirlər təşkil ediləcək.
Hər il Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi hazırlıqla keçirilən Beynəlxalq kitab sərgisinin əsas məqsədi kitab oxumağa marağı artırmaq və mütaliəni təbliğ etmək, yerli və xarici nəşriyyatlarla tanışlıq, nəşriyyat sənayesinin inkişafına dəstək, nəşriyyatların, kitab evlərinin, poliqrafiya şirkətlərinin yeni əməkdaşlıqlar üçün şərait yaratmaqdır.
Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir. Sərgiyə giriş ödənişsizdir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

