Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru

Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru

06.10.2022 [10:38]

“Yeni Azərbaycan Partiyasının VII Qurultayı: yeni mərhələ, yeni hədəflər”

Yeganə BAYRAMOVA

Dövlətimizin və xalqımızın ictimai-siyasi həyatında böyük rola malik olan Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümü yaxınlaşır. Azərbaycanımızın hərtərəfli inkişafına imza atmış Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP-ın yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu...

Məlumdur ki, YAP-ın müxtəlif illərdə baş tutan qurultayları hər dəfə ölkəmizin ictimai-siyasi mühitində yeni ab-havaya səbəb olub, yeni nəfəs gətirib. Bu baxımdan YAP-ın ötən il martın 5-də baş tutan sonuncu- VII qurultayından xüsusilə söz açmaq yerinə düşərdi. Məhz Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra ölkənin hərtərəfli inkişafına, partiyanın yenilənməsinə, modernləşməsinə təkan yarandı. Qurultayda Prezident, YAP-ın Sədri İlham Əliyev geniş proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin etdi. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Azərbaycan qarşıya qoyulan bütün hədəflərə inamla çatır

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov qəzetimizə açıqlamasında bildirib ki, YAP-ın hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır: “Bu da təsadüfi deyil. Çünki 30 il əvvəl ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.

YAP-ın VII qurultayı partiya fəaliyyətini yeni mərhələyə yüksəltdi. VII qurultay cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı. Son prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr yerinə yetirilir, islahatlar uğurla davam edir, Azərbaycan ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatır. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, YAP-ın VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur.

YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması,  İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.

Bütövlükdə, YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ən əsası qəbul olunan qərarlarla YAP həm də yeni siyasi nümunə ortaya qoydu. VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək”.

Heydər Əliyev siyasətinin təntənəsi...

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova isə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı 44 günlük Vətən müharibəsinin yaratdığı reallığa, yeni çağırışlara uyğun olaraq partiya qarşısında yeni vəzifələr qoydu: “Məlumdur ki, qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq edildi və Nizamnaməyə uyğun olaraq partiyada struktur dəyişiklikləri baş tutdu. Daha modern formada 40 nəfərdən ibarət İdarə Heyəti təsdiq edildi, Siyasi Şura ləğv edildi, 13 nəfərdən ibarət olan Təftiş Komissiyası təsdiqləndi və bundan sonra partiyamızın yeni proqramı işlənildi.

Partiyamızın beynəlxaq əlaqələrini də xüsusi vurğulamaq yerinə düşərdi. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin verdiyi dəstək önəmli idi. YAP-la Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında Əməkdaşlıq Memorandumu imzalandı. Daha sonra Ukraynanın “Xalqın xidmətçisi” partiyası ilə də Əməkdaşlıq Memorandumu imzalanmışdı. Bütün bunlar partiyamızın VII qurultayından sonra da beynəlxalq əlaqələrin qurulmasında mühüm işlərin görüldüyünü göstərir. Bundan başqa, Yeni Azərbaycan Partiyasının VII qurultayında Qadınlar Şurası ləğv olundu, Veteranlar Şurası, Gənclər Birliyi yaradıldı. Ancaq bununla yanaşı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında gender siyasəti ilə bağlı şöbə yaradıldı ki, bu istiqamətdəki işlərimizi də daha modern və keyfiyyətli formada aparaq. Hazırda partiyamızın 30 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıq işləri görülür. YAP Cənubi Qafqazın ən böyük partiyasıdır”.

S.Hüseynova Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a birləşməsini xüsusilə vurğuladı: “Vətən müharibəsində xalqımızın birliyi və iqtidar partiyası olaraq 30 illik torpaq həsrətinə son qoyulması partiyamızın gücü, qüdrəti idi. Bunun nəticəsidir ki, 6 siyasi partiya məhz YAP-a birləşməyə qərar verdi. Bu, Heydər Əliyevin apardığı siyasətin təntənəsi idi!”.

YAP böyük uğurlara imza atmaqdadır

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşir bildirib ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı və dövlətinin həyatında olduqca böyük rolu var: “Partiyanın yaradılmasında məqsəd bundan ibarət idi ki, tarixi sınaqlar qarşısında qalmış Azərbaycanı inkişaf yoluna qoysunlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ətrafında birləşərək müstəqilliyimizin, suverenliyimizin qorunması, ölkənin gələcək inkişaf yolunun müəyyən olunması naminə fəaliyyət göstərmək istəyən insanlar məhz YAP çərçivəsində birləşərək atdıqları addımlar sayəsində ölkənin xilas missiyasını yerinə yetirdilər. Azərbaycanda daxili sabitlik təmin olundu, həmrəylik yarandı, ölkəmizin inkişaf strategiyası formalaşdı və Ulu Öndərin rəhbərliyi altında YAP 1993-cü il oktyabrın 3-də prezident seçkilərində iqtidar partiyasına çevrildi. Bundan sonra Azərbaycanın davamlı, fasiləsiz inkişafı müşahidə olundu. Bütün istiqamətlərdə ciddi potensialımız formalaşdı. Təbii ki, 1990-cı illərdə YAP bir çox ciddi məsələlərin həlli ilə məşğul olmalı idi. Qeyd etdiyim kimi, ölkədə daxili sabitliyin təmin olunması, milli-iqtisadi sistemin qurulması istiqamətində addımların atılması həyati vacib məsələlər idi. Həmin dövrdə demək olar ki, heç bir resursumuz mövcud deyildi, karbohidrogen ehtiyatlar isə hələ də Azərbaycan üçün fayda vermirdi. Amma 1994-cü ildə Ulu Öndərin uzaqgörənliyi, iradəsi sayəsində “Əsrin müqaviləsi” imzalandı, bundan sonra da ölkəmizə müxtəlif sərmayələr cəlb olunmağa başladı və milli-iqtisadi sistemimiz quruldu”.

YAP-ın VII qurultayından danışan millət vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, ölkəmiz dünyada cərəyan edən çox ciddi dəyişikliklərin təsirlərinə adekvat cavab vermək üçün daha çevik fəaliyyəti ortaya qoymalı idi: “YAP hər zaman yeniliklərə açıq olan partiya olub, innovasiyaları daimi olaraq dəstəkləyib. VII qurultaydan sonra YAP-ın strukturunda baş vermiş dəyişikliklər, sürətlə cərəyan edən proseslərə çevik reaksiyanın verilməsi üçün tədbirlərin görülməsi Azərbaycanın yeni inkişaf hədəflərinə inamla getməsinə şərait yaradır. Bu da YAP-ın yeni idarə heyətinin formalaşdırılması, partiyanın beynəlxalq əməkdaşlıq sistemində ciddi fəallıq nümayiş etdirməsi, kifayət qədər ciddi təşəbbüslərlə çıxış etməsi ötən il müddətində partiyanın sözün həqiqi mənasında fəaliyyətində yeni keyfiyyət mərhələsinin başlanğıcını göstərməkdədir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın həm beynəlxalq münasibətlər, həm beynəlxalq əməkdaşlıq sistemində rolu və yeri artmaqdadır. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında əsas söz sahiblərindən birinə çevrilib. Təbii ki, bütün bunlar çevik, səmərəli idarəetmə sisteminin daha da təkmilləşməsi nəticəsinə baş verib. Yeni Azərbaycan Partiyası bütün bu vəzifələrin öhdəsindən inamla gələrək, böyük uğurlara imza atmaqdadır. Bu baxımdan YAP-ın VII qurultayından ötən müddət ərzində yeni hədəflərə doğru kifayət qədər ciddi yol keçdiyimizi söyləyə bilərik”.

Məqalə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının elan etdiyi yazı müsabiqəsinə təqdim olunur

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ölüm mələyi...

01 Dekabr 10:53

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Sosial

Necə başladı?

01 Dekabr 10:37

Xəbər lenti

Xəbər lenti

Gündəm

Prezident bu gün

Prezident bu gün

01 Dekabr 10:01

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

MEDİA

Analitik

Prezident bu gün

Prezident bu gün

30 Noyabr 10:22

İqtisadiyyat

Xəbər lenti

Neftin qiyməti artıb

30 Noyabr 09:40

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31