Polad Həşimovun qızının müəllimi: Bu, dövlətin müəllimlərə diqqət və qayğısıdır
06.10.2022 [10:23]
Nicat DİLQƏMLİ
İki gün öncə Prezident İlham Əliyev bir qrup təhsil işçisini mükafatlandırdı. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, 51 nəfər təhsil işçisi “Əməkdar müəllim” fəxri adı ilə, 71 nəfər isə “Tərəqqi” medalı ilə təltif olundu. “Əməkdar müəllim” fəxri adı alanlardan biri də Daşkəsən şəhər Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə Mansurovadır. İ.Mansurova həm də müəllimlərin diaqnostik qiymətləndirilməsində və sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərdəndir.
İlhamə müəllimə ilə həmsöhbət olduq.
Fəxri ad alacağımı gözləmirdim...
İ.Mansurova deyir ki, fəxri ad alması onun üçün gözlənilməz olub: “Təbii ki, çox sevindim. Bu, dövlətimizin, şəxsən Prezidentimizin müəllimlərə göstərdiyi diqqət və qayğının əyani nümunəsidir. Dövlət başçımızın təhsil işçilərinə diqqətini və qayğısını həmişə hiss edirik və bu, bizi gələcək fəaliyyətimizdə daha da böyük uğurlara imza atmağımız üçün ruhlandırır, bizə stimul verir.
Azərbaycanda təhsil siyasəti ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Bu gün isə Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Təhsil sahəsində aparılan uğurlu islahatlar bir müəllim kimi məni də çox sevindirir. Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, bizim rayonumuzun məktəblərində də şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər bir şərait yaradılıb”.
Pedaqoji fəaliyyətə 1993-cü ilin aprel ayından başlamışam
İ.Mansurovanın qarşıdan gələn 2023-cü ildə pedaqoji fəaliyyətinin 30 ili tamam olur: “M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) ali təhsil almışam. Elə 1993-cü ildən qiyabi təhsil formasına keçərək, tələbnamə ilə Daşkəsən şəhər Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbə gəldim. Bu günə qədər həmin məktəbdə çalışıram. Müəllimlərin diaqnostik qiymətləndirilməsində 55 bal, sertifikasiya imtahanında isə 57 bal toplamışam. Yetirmələrim hazırda nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar. Eyni zamanda, onların böyük bir qismi müxtəlif dövlət qurumlarında çalışır. Şagirdlərimin hər biri mənim üçün əzizdir, doğmadır. Aralarında yüksək nailiyyətlər əldə edənlər çoxdur, hazırda polis, həkim və digər sahələrdə çalışırlar”.
İbtidai təhsil sütün təşkil edir
Gənclərin gələcək həyatında ibtidai təhsilin önəmindən danışan əməkdar müəllim deyir ki, ibtidai sinif müəllimlərinin işi yalnız və yalnız şagirdlərin əllərindən tutub onlara hərf yazmaqdan ibarət deyil. Hazırda əsgər anası olan İ.Mansurovanın sözlərinə görə, müəllimlərin dərs verməklə bərabər borcu həm də şagirdləri dövlətinə, Vətəninə sadiq əsl vətəndaş kimi yetişdirməkdən ibarətdir: “İbtidai təhsil sütun təşkil edir. Bu, bir binaya bənzəyir. Və ibtidai təhsil isə binanın özəyidir. İbtidai təhsilin özəyi möhkəm olmadıqda, şagirdlər yuxarı siniflərdə çətinlik çəkirlər, axsaqlıqları olur. Buna görə də ibtidai təhsilin şagirdlərin həyatında rolu, önəmi çox böyükdür. Böyük qürur hissi ilə deyə bilərəm ki, bu günə qədər yetişdirdiyim şagirdlər arasında peşəkar hərbçilər də var. Hazırda öz şagirdim olan oğlum da əsgərlikdədir”.
Polad Həşimov dərslərimdə əyləşirdi...
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızının da ibtidai sinif müəllimi olan İ.Mansurova bu haqda da xatirələrini bölüşüb: “Mən Milli Qəhrəmanımız, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimovanın da ibtidai sinif müəllimi olmuşam. Generalımız özü dərslərimdə əyləşirdi, övladının təhsili ilə mütəmadi olaraq maraqlanırdı. Aybəniz öz dərslərinə ciddi hazırlaşırdı, onun perspektivli kadr olacağına əmin idim. Aybəniz də mənim uğur qazanan şagirdlərimdən biridir. O, hazırda Azərbaycan Tibb Universitetində təhsil alır”.
“Fürsətdən istifadə edərək bir daha dövlət başçımıza təhsil sahəsinə, müəllimlərə ayırdığı xüsusi diqqət və qayğıya görə minnətdarlığımı, təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev tərəfindən ən ali fəxri ada - “Əməkdar müəllim” fəxri adına layiq görülmək həm qürurvericidir, həm də çox məsuliyyətlidir. Bundan sonrakı fəaliyyətimdə də dövlətimizin etibarını, etimadını doğrultmağa çalışacağam”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19

