Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xocavənd rayonunda mina partlayıb, fəhlə yaralanıb

Xocavənd rayonunda mina partlayıb, fəhlə yaralanıb

02.10.2022 [12:44]

Oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.", məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31