Parlamentin payız sessiyasının ilk plenar iclasında
01.10.2022 [10:40]
Vətən müharibəsinin başlamasının ildönümü ilə bağlı Bəyanat qəbul edildi
Azərbaycanla Özbəkistan arasında 4 Saziş ratifikasiya edildi
Deputat aliment fondunun yaradılmasını təklif etdi
Günel ABBAS
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib. Toplantının gündəliyinə 30 məsələ daxil edilib. İclas Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Spiker Sahibə Qafarova Ermənistanın 13 sentyabr təxribatlarına diqqət çəkərək bildirib ki, Azərbaycan Ordusu tərəfindən görülən qətiyyətli tədbirlər nəticəsində bu təxribatların qarşısı alınıb. Sonra sentyabrın 13-də sərhəddə törədilən təxribatlar, eləcə də I və II Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsi parlamentdə bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı təqdim edilib. Bəyanatı deputat Soltan Məmmədov oxuyub. Bəyanatda bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərlə Azərbaycanın ərazi bütövlüyü təmin edilib: “Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi Azərbaycan tarixində yeni dövr açıb. Üçtərəfli bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəliklər hələ də yerinə yetirilməyib. Azərbaycan tərəfindən Ermənistana sülh müqaviləsinin imzalanması üçün 5 təməl prinsip təqdim edilib. Ermənistan bu prinsipləri sözdə qəbul etsə də, bununla bağlı hələ də iş görülməyib. Ermənistan tərəfindən sentyabrın 13-də yenə də təxribata cəhd edilmişdi. Bu gün Azərbaycanın 30 il işğal altında qalan, vandalcasına dağıdılan yerlərində bərpa və quruculuq işləri görülür. Təəssüf ki, Ermənistanın müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərə basdırdığı mina problemi də var. Lakin heç kimin şübhəsi olmasın ki, Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyara çevirəcək. Azərbaycan Milli Məclisi ümid edir ki, Ermənistan yaranmış tarixi imkanı bir daha nəzərdən keçirəcək”. Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Daha sonra Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi təsdiqlənib. Həmin qanun layihələri bunlardır: “Azərbaycan Respublikası Prezidenti, Milli Məclisin deputatları, Ali Məhkəmə, Azərbaycan Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri; Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi, “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi, “Ali təhsil haqqında” qanun layihəsi, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi, Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri”.
Sonra “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu ikinci səsvermədə, “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə, “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihələri səsverməyə çıxarılaraq təsdiqlənib.
Deputat Siyavuş Novruzov müzakirələr zamanı Azərbaycanda aliment fondunun yaradılmasını təklif edib. O, daxil olan müraciətlərin, təxminən, 20 faizinin alimentin verilməməsi ilə bağlı olduğunu bildirib.
Ardınca “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri ratifikasiya edilib.
Daha sonra “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda səsvermə yolu ilə qəbul edilib.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda təsdiqlənib.
Beləliklə, parlamentin payız sessiyasının ilk plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41

