Britaniyanın yeni Baş naziri kimdir?
06.09.2022 [10:47]
Nicat DİLQƏMLİ
Böyük Britaniyanın yeni Baş nazirinin seçilməsi məsələsi artıq bir neçə gündür ki, dünya mediasının diqqət mərkəzindədir. Dünən keçirilən seçkilərin nəticəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.
47 yaşlı Trassın namizədliyi üçün Mühafizəkarlar Partiyasının 81 326 adi üzvü səs verib. Onun rəqibi, 42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak 60 min 399 səs toplayıb. Beləliklə, hakim partiyanın lideri kimi Trass sentyabrın 6-da baş nazir postunda Boris Consonu əvəz edəcək və yeni hökuməti təyin edəcək. Trass Böyük Britaniyanın 56-cı (və ya bir neçə dəfə bu vəzifəni tutanlar nəzərə alınmaqla 78-ci) və Kraliça II Yelizavetanın dövründə isə 15-ci baş nazir olacaq. O, eyni zamanda, Marqaret Tetçer (1979-1990-cı illərdə Nazirlər Kabinetinə rəhbərlik edib) və Tereza Meydən (2016-2019-cu ilə qədər) sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın olacaq.
L.Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiyaya qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir.
Onu da xatırlatmaq lazımdır ki, Trassın seçkilərdən əvvəl verdiyi açıqlamalar da geniş ictimaiyyətin böyük marağına səbəb olmuşdu. O, rəqibi R.Sunak tərəfindən tətbiq edilən və ya planlaşdırılan səhiyyə və korporativ vergilərdəki artımları ləğv edərək vergiləri azaldacağını vəd etmişdi. Bundan əlavə, Trassın açıqladığı vədlər arasında dövlət xərclərinin ümumi auditini aparmaq, eyni zamanda, firmalar üçün sadələşdirilmiş qaydalar və tələbləri olan investisiya zonaları yaratmaq fikirləri də yer alırdı.
Xarici ekspertlərin fikrincə, Trass Ukraynaya dəstək verən sələfinin siyasətini davam etdirəcək. Böyük Britaniyanı isə müdafiə xərclərinin artması və trans-Atlantik əməkdaşlığının inkişafı gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

