Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “OPEC+” ölkələri hasilatın azaldılmasını müzakirə edəcək

“OPEC+” ölkələri hasilatın azaldılmasını müzakirə edəcək

05.09.2022 [13:47]

Bu gün keçiriləcək iclas zamanı “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) ölkələrinin nazirləri digər variantlarla yanaşı, gündəlik neft hasilatının 100 min barel azaldılması imkanlarını müzakirə edəcəklər.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Reuters“ öz mənbəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, “OPEC+” üzvləri avqustun 3-də keçirilən iclasda sentyabrda gündəlik neft hasilatının 100 min barel artırılmasını təsdiqləyiblər. Yekun kommunikedə həmçinin vurğulanıb ki, dünyada sərbəst neft hasilatı imkanları ciddi şəkildə məhduddur və onlar ehtiyatla istifadə edilməlidir.

“OPEC+” çərçivəsində tədbirlər alyans ölkələrinin monitorinq komitəsinin Bakı vaxtı ilə saat 15:00-a planlaşdırılan iclası ilə başlayacaq. “OPEC+”ın gələcək fəaliyyətinə dair qərarın verilə biləcəyi nazirlərin görüşü saat 15:30-a təyin edilib.

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30