Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazirlik bölgələrdə sel olacağı barədə xəbərdarlıq edib

Nazirlik bölgələrdə sel olacağı barədə xəbərdarlıq edib

04.09.2022 [18:59]

Sentyabrın 6-dan 8-i gündüzədək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artacağı gözlənilir.

Bu barədə APA-ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

Dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və leysan xarakterli olacağı ilə əlaqədar Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ, Quba-Xaçmaz, Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Goranboy-Göygöl, Qazax-Gəncə bölgələri və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hava şəraitinin quraq keçməsi ilə əlaqədar respublikanın tranzit çaylarında sululuq normadan 47 %, yerli çaylarda isə 20 % aşağı olub.

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30