/ / Azərbaycanın Qarabağda həyata keçirdiyi işlər ölkəmizin verdiyi vədlərə sadiqliyinin göstəricisidir
Azərbaycanın Qarabağda həyata keçirdiyi işlər ölkəmizin verdiyi vədlərə sadiqliyinin göstəricisidir
20.08.2022 [14:15]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə avqustun sonunadək Laçın şəhərinin, rayonun Zabux və Sus kəndlərinin ölkəmizin nəzarəti altına keçəcəyini bildirdi. Bu, bir daha onu göstərir ki, Vətən müharibəsində Qələbədən sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan bölgədə prosesləri öz maraqlarına uyğun idarə edir və dövlətimizin başçısının dediyi kimi: “Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik”.
Keçmiş məcburi köçkünlərin Laçına qayıdışı artıq reallaşmaq üzrədir və bu proses 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq həyata keçiriləcək. Çünki həmin Bəyanatda üç il müddətində Laçın dəhlizinə alternativ yolun inşası nəzərdə tutulmuşdu. Sonradan yeni yolun marşrutu Rusiya tərəfinin vasitəçiliyi ilə müəyyən edildi və razılaşdırıldı. Yeni yolun Azərbaycan ərazisindəki hissəsinin qısa müddətdə yüksək keyfiyyətlə inşası ölkəmizin üzərinə götürdüyü öhdəlikləri və verdiyi sözləri daim yerinə yetirməsinin növbəti bariz nümunəsidir.
Yeni yolun tikintisi ilə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli qayıdışını təmin edəcək ki, bu da ümumilikdə münaqişədən sonrakı normallaşma prosesi istiqamətində növbəti mühüm addım olacaq. Lakin bu məsələdə də Ermənistan tərəfindən bəzi dekonstruktiv addımlar atılıb. Məsələn, ölkəmiz yolun Azərbaycandan keçən hissəsinin inşasını qısa müddətdə tamamladığı halda, Ermənistan öz tərəfindən götürdüyü öhdəliyi yerinə yetirməyib, yolun inşası ilə bağlı heç bir addım atmayıb. Bu da onu göstərir ki, Ermənistan hakimiyyəti öz vətəndaşlarının rifahına da etinasız yanaşır. Çünki bu yol Qarabağda yaşayan ermənilərin Ermənistana rahat gediş-gəlişini təmin etmək üçün nəzərdə tutulub.
Buradan yenə də görünür ki, Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirir, hətta Qarabağda yaşayan erməni əhalinin xahişi ilə Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolun tikilməsinə də razılaşıb. Lakin Azərbaycanın öz öhdəliklərinə belə məsuliyyətlə yanaşması, bu qədər tikinti-quruculuq işləri həyata keçirməsi fonunda Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinin icrasına laqeyd yanaşır, o cümlədən ölkəmizin qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin olunması üçün açılması nəzərdə tutulan Zəngəzur dəhlizi məsələsindən boyun qaçırmağa cəhd göstərir. Bununla belə, bölgədə baş verən proseslər, dövlətimizin başçısının qətiyyətli mövqeyi, ölkəmizin artan gücü Azərbaycanın Zəngəzur dəhlizi məsələsində də öz istəyinə çatacağını deməyə əsas verir.
Azərbaycanın Qarabağda həyata keçirdiyi işlər ölkəmizin verdiyi vədlərə və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sonadək sadiqliyinin nümayişidir.
Ümumiyyətlə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaradıb və şərtləri özü diktə edir. Ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən azərbaycanlı keçmiş məcbur köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.
Bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayan bəzi ermənilər tərəfindən ziddiyyətli fikirlər səsləndirilir. Onlardan bəziləri buranı özlərinə doğma yurd hesab edirlər. Lakin düşünmürlər ki, işğal edilmiş torpaqlarda məskunlaşdırma aparılması qanunsuzdur və bu, Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Cenevrə konvensiyalarının ciddi pozuntusu, müharibə cinayəti olmaqla, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Qanunsuz məskunlaşdırmaya görə isə bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Bu ərazilərdən məskunlaşanların mütləq əksəriyyətinin Ermənistana köçmək istəməsi də onu göstərir ki, onların bölgəyə heç bir aidiyyəti yoxdur. Hətta ermənilərin gedərkən evlərini, meşələri yandırmaları onların buralara bir daha qayıtmaq ümidinin olmamasını, xislətini, barbarlığını göstərir. Halbuki, o vaxt azərbaycanlılar doğma yurdlarından didərgin salınanda nə vaxtsa oraya yenidən qayıdacaqlarını bildikləri üçün heç bir yanğın və ya dağıntı törətməmişdilər. Çünki bölgənin əsl sahibləri azərbaycanlılardır və biz bilirdik ki, tez-gec doğma yurda qayıdacağıq. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinləri doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər. Bütün bunlar Azərbaycanın öhdəliklərə sadiq olduğunu, Ermənistanın isə ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini və vaxt uzatmağa çalışdığını nümayiş etdirir. Amma Ermənistan hakimiyyəti unudur ki, vaxt uzatmaq onların əleyhinə işləyir. Çünki Azərbaycanın artan iqtisadi qüdrəti, hərbi gücü, beynəlxalq arenadakı nüfuzu qarşısında Ermənistanın düşdüyü bugünkü acınacaqlı vəziyyət onlar üçün yaxşı heç nə vəd etmir. Ona görə də Ermənistan mövcud reallığı dərk etməli, yaxın keçmişdən dərs çıxarmalı, azərbaycanlıların doğma yurda qayıdışına maneə törətməməli, Zəngəzur dəhlizi ilə bağlı məsələdəki mövqeyində tezliklə dönüş yaratmalı və sülh müqaviləsi ilə bağlı proseslərə başlamalıdır.
Ağalar Vəliyev
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31

